17 May 2023

İcma: ABŞ Dövlət Departamentinin dini azadlıqlara dair hesabatının ölkəmizlə bağlı hissəsi anti-Azərbaycan xarakteri daşıyır

Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti bu günlərdə dünyada dini azadlıqların vəziyyətinə dair növbəti illik hesabatı dərc edib.

Hesabatda Azərbaycan və Ermənistana dair hissələr yer alır. Hər iki hissə mahiyyəti üzrə qeyri-obyektiv olmaqla açıq-aşkar anti-Azərbaycan xarakteri daşıyır.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. 

Brüssel görüşünün nəticələri Ermənistanın diplomatik müstəvidə kapitulyasiyasıdır- Ekspert

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüş keçirildi. Bu görüşün nəticəsi Ermənistanın diplomatik müstəvidə kapitulyasiyası kimi də şərh edilə bilər. O baxımdan ki, Ermənistanın baş naziri 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatı imzalamaqla 44 günlük Vətən müharibəsində məğlub olduğunu, döyüş meydanında uduzduğunu qəbul etmişdi. Buna baxmayaraq, Ermənistan diplomatik müstəvidə savaşını davam etdirir, müxtəlif manevrlər etməklə sülh danışıqlarını uzadır.

Azərbaycanla İordaniya arasında siyasi məsləhətləşmələr aparılıb

 

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev İordaniya Haşimilər Krallığına səfər edib.

XİN-in Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, səfər çərçivəsində Əmman şəhərində Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və İordaniya Haşimilər Krallığı Xarici İşlər və Mühacir Məsələləri Nazirliyi arasında siyasi məsləhətləşmələrin birinci raundu keçirilib.