18 May 2023

Ermənistan silahlı qüvvələri döyüş PUA-ları tətbiq edib

Mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar olunub.

Azərbaycan, Gürcüstan və Türkiyə platforması dünyaya nümunədir

Bu gün Azərbaycan, Gürcüstan və Türkiyə arasında çox gözəl münasibətlər var. Bu üçlük platforması dünyaya nümunədir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində gürcü siyasətçi, professor Bakur Kvalişvili söyləyib.

Onun sözlərinə görə, Azərbaycan ilə Türkiyə Gürcüstanın etibarlı tərəfdaşlarıdır.