19 May 2023

Prezident: Vətən müharibəsində Qələbədən sonra Azərbaycan xalqı qürur hissi ilə yaşayır

Otuz illik işğal dövründə Azərbaycan xalqı humanitar fəlakətlə üzləşmişdir, bir milyon soydaşımız evsiz-eşiksiz qalmışdır. Bu fakt Azərbaycanın inkişafı üçün böyük əngəllər törədirdi.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, bunu Prezident İlham Əliyev Hindistanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhusudhananın etimadnaməsini qəbul edərkən söyləyib.

Prezident İlham Əliyev: Ulu Öndərin fəaliyyətinin əsas məqsədi ərazi bütövlüyümüzün təmin edilməsi idi

Ümummilli Lider prezidentlik fəaliyyətinə başlayarkən Azərbaycanın torpaqları ermənilər tərəfindən artıq işğal olunmuşdu, bu işğalın nəticəsində bir milyon soydaşımız tarixi yurdlarından didərgin düşmüşdü, işğal altında olan ərazilərimiz darmadağın edilmişdir.

Vüqar Bayramov: Azərbaycanın uğurları Qafqazda yeni reallıqlar formalaşdırdı

Brüssel görüşündən sonra Azərbaycan və Ermənistan praktik olaraq qarşılıqlı ərazi bütövlüyünün tanınmasını bəyan etdilər. Ermənistanın Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazisini tanıması ilə bağlı açıqlaması İrəvanda Qarabağ Azərbaycandır reallığının qəbul edilməsi anlamına gəlir. Bu reallıq, məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində şanlı Azərbaycan Ordusu tərəfindən yazıldı, formalaşdırıldı.

Azərbaycan döyüş meydanındakı inamlı qələbələrini diplomatik müstəvidə də davam etdirir - Siyasi şərhçi

Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilən növbəti görüşündə iki ölkə arasında imzalanacaq sülh sazişi, sərhədlərin delimitasiyası və demarkasiyası, kommunikasiya və bir sıra humanitar məsələlər nəzərdən keçirilib. Şarl Mişelin görüş sonrası bəyanatından məlum olur ki, görüşdə sözügedən məsələlərlə bağlı müəyyən pozitiv nüanslar nəzərə çarpsa da, konkret razılaşmalar əldə edilməyib.