26 May 2023

Pakistan Prezidenti: Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstəyi davam etdirəcəyik

Son otuz ildə ölkələrimiz arasında qardaşlıq əlaqələri xüsusilə iqtisadiyyat və ticarət, mədəniyyət, təhsil, eləcə də müdafiə sahələrində dərinləşən çoxsahəli əməkdaşlığımız əsasında möhkəmlənmişdir. Pakistan sınaqlar zamanı qürurla Azərbaycanın yanında olmuşdur. Pakistan Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə öz dəstəyini göstərməkdə davam edəcəkdir.

Azərbaycanın Müstəqillik Günü Parisdə təntənə ilə qeyd olunub

Azərbaycanın Fransadakı səfirliyi və UNESCO yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə Parisdə 28 May – Müstəqillik Günü təntənəli şəkildə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Fransanın Xarici İşlər, Müdafiə və Mədəniyyət nazirliklərinin nümayəndələri, deputatlar, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, incəsənət xadimləri, Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Si Cinpin: Çinlə Azərbaycan arasında bütün sahələrdə dinamik inkişaf tempi müşahidə olunur

Ötən ilin sentyabrında Səmərqənd şəhərində bizim görüşümüz əsnasında əldə olunmuş razılaşmaların səmərəli həyata keçirilməsini və ölkələrimiz arasında bütün sahələrdə dinamik inkişaf tempinin müşahidə olunmasını görmək məni sevindirir.

Xudaferin.eu AZƏRTAC xəbər verir ki, bu fikirlər Çin Xalq Respublikasının Sədri Si Cinpinin Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda yer alıb.

Azərbaycanın müdafiə naziri Gürcüstana işgüzar səfərə gedib

Mayın 26-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzenin dəvəti ilə bu ölkəyə işgüzar səfərə gedib.

AZƏRTAC xəbər verir ki, general-polkovnik Zakir Həsənov Gürcüstanın Müstəqillik Günü münasibətilə keçirilən hərbi paradda fəxri qonaq qismində iştirak edir.

Prezident İlham Əliyev: Azərbaycan ilə Gürcüstan arasındakı münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur

Əsrlər boyu dostluq, mehriban qonşuluq və harmoniya şəraitində yaşayan xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan və Gürcüstan arasındakı münasibətlərin bugünkü səviyyəsi məmnunluq doğurur. Qarşılıqlı dəstək və etimad, sıx əməkdaşlıq, birgə həyata keçirdiyimiz irimiqyaslı regional layihələr strateji tərəfdaşlığımızı və müttəfiqliyimizi şərtləndirən başlıca amillərdəndir.