ATƏT PA-nın prezidenti vaxtilə Ermənistandan köçürülən azərbaycanlılar barədə məlumatlandırılıb
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva ölkəmizdə səfərdə olan ATƏT Parlament Assambleyasının (PA) prezidenti Pia Kaumanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Ombudsman Aparatından AZƏRTAC-a bildiriblər ki, görüşdə S.Əliyeva ombudsmanın mandatı, insan hüquq və azadlıqlarının müdafiəsi sahəsindəki fəaliyyəti barədə ətraflı məlumat verib.