29 April 2024

Qərb ilə Qlobal Cənub arasında etibarlı körpü - Azərbaycan

Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı kansler Olaf Şoltsla keçirilən birgə mətbuat konfransında söylənilən fikirlər göstərir ki, hər iki ölkə əməkdaşlığa xüsusi önəm verir. Son 1 il 2 ay ərzində Azərbaycan dövlətinin başçısının Almaniyaya dörd dəfə səfər etməsi, müzakirə olunan məsələlər və alınan qərarlar bunun göstəricisidir.

ABŞ Dövlət katibinin Prezident İlham Əliyevə zəngi regionda gündəliyi Azərbaycanın diktə etdiyini göstərir ŞƏRH

Aprelin 28-də ABŞ Dövlət katibi Antoni Blinkenin Prezident İlham Əliyevə zəng etməsi və Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiyası üzrə razılaşmanın təqdir edildiyini vurğulayaraq təbriklərini çatdırması Bakının növbəti qələbəsidir. Daha doğrusu, hər kəs bir daha şahid oldu ki, regionda sülh və təhlükəsizlik sferaları başda olmaqla, gündəlik Azərbaycan tərəfindən diktə olunur. Məlumdur ki, Azərbaycan və Ermənistan arasında müvafiq razılaşmanın imzalanmasının ardınca ABŞ sükuta üstünlük verir və məsələyə münasibət bildirməməyə çalışırdı.

Şimali Kipr üç qardaş ölkənin maraqları naminə Türkiyə və Azərbaycanla imkanları birləşdirməyə hazırdır

Şimali Kipr Türk Respublikası Cümhuriyyəti (ŞKTC) üç qardaş ölkənin maraqları naminə Türkiyə və Azərbaycanla imkanları birləşdirməyə hazırdır.

​Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bunu ŞKTC Parlamentinin sədri Zorlu Töre İstanbulda Azərbaycan Respublikası Milli Məclisinin vitse-spikeri Fəzail İbrahimli ilə görüşündən sonra deyib.