11 June 2024

Faiq Ələkbərli yazır...

Məhəmməd Əmin Rəsulzadə deyincə, ilk ağıla gələn Azərbaycan Cümhuriyyəti, Azərbaycan bayrağı və Bütöv Azərbaycandır!

Azərbaycan Türk aydını Hüseyn Baykaranın təbirincə desək: O, Böyük bir KİŞİdir! Əsl Azərbaycan Türk KİŞİsi!

Azərbaycan Türk KİŞİsi M.Ə.Rəsulzadənin qurduğu Cümhuriyyətin, dalğalandırdığı Üçrəngli Bayrağın kölgəsində yaşayan bəzi zatların uydurmalarına gəlincə, bu cür xoşagəlməz halların səbəbləri hər kəsə bəllidir! Belələri dünən də olub, bu gün də var, gələcəkdə də olacaq. Olsun! Görünür, belələri də olmalıdır!

BMT-nin İqlim Dəyişmələri Konfransında bir qrup xarici QHT Azərbaycanla bağlı bəyanat yayıb

Almaniyanın Bonn şəhərində keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Yardımçı Qurumunun 60-cı sessiyasında iştirak edən bir sıra QHT-lər Azərbaycanın COP29 ölkəsi kimi bütün maraqlı tərəflərlə dialoq və əməkdaşlığı təşviq edən fəaliyyətini təqdir edən bəyanat yayıb.

Avropa Parlamentinə seçkilər “makronizmin” iflasının təzahürünə çevrildi

İyunun 9-da Avropa Parlamentinə keçirilən seçkilər Fransanın hazırkı hakimiyyətində məyusluq yaradan nəticələr doğurdu. Marin Le Penin rəhbərlik etdiyi “Milli birlik” partiyası əvvəlki nəticələrini xeyli yaxşılaşdıra bildi və bu, həmin gün Milli Assambleyanın buraxıldığını və ölkədə iki turdan ibarət növbədənkənar parlament seçkilərinin (müvafiq olaraq, iyunun 30-da və iyulun 7-də) keçiriləcəyini elan edən hazırkı Prezident Emmanuel Makron üçün pis xəbər oldu.

Fransanın Yeni Kaledoniyada yerli əhaliyə qarşı törətdiyi vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə mətbuat konfransı keçiriləcək

Afrikanın müxtəlif ölkələrindən olan bir qrup jurnalist, tanınmış bloger və vətəndaş cəmiyyəti fəalları, eləcə də Yeni kaledoniyalı jurnalistlərin iştirakı ilə iyunun 13-də “Dekolonizasiya, beynəlxalq diplomatiya və müasir dünyada kommunikasiyanın rolu” mövzusunda hibrid formatda dəyirmi masa müzakirələri və mətbuat konfransı keçiriləcək.

Azərbaycan ilə Keniya arasında dinamik inkişaf edən əməkdaşlıq əlaqələri barədə müzakirələr aparılıb

Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev bu ölkənin Baş prokuroru Renson Mulele İnqonqa ilə görüşüb.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, Baş prokuror və onu müşayiət edən prokurorluq heyəti əvvəlcə səfirliyin inzibati binasında yaradılmış Ümummilli Lider Heydər Əliyevin xatirə otağı və dövlətçilik guşəsi ilə tanış olub, Ulu Öndərin xatirəsini ehtiramla anıblar.