01 August 2025

Arif Babayev dünyamızdan köçüb getdi...

Onun adının önünə bütün titullarını, mükafatlarını, tutduğu vəzifələri saymağa gərək bilmirəm...

"Müğənni, xanəndə, onlarca peşəkar müğənnilərə müəllim, sözün əsil mənasında hər ifaçıya xas olmayan Böyük Şəxsiyyət, güclü yumor hissinə malik samballı, yaraşıqlı, tərbiyyəli, namuslu bir Azərbaycan Kişisi köçdü bu dünyadan" yazmaq kifayətdir...

Arif Bəy Ağdamın Sarıhacılı kəndində doğulub. Ağdamda Sarıhacılı kəndi var, birdə Sarcalı. Bəziləri bunu qarışdırır. Arif Bəy məhz Sarı Hacılıdandır.