Ceyhun Bayramov: Azərbaycan, Türkiyə və Özbəkistan qardaşlığın möhkəmləndirilməsi yollarını müəyyən edir

Azərbaycan, Türkiyə və Özbəkistan qardaşlığın və tərəfdaşlığın möhkəmləndirilməsinin gələcək yollarını müəyyən edir.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov özünün tviter hesabındakı paylaşımlarında bildirib.

Nazir qeyd edib: “Qlobal təhlükəsizlik, sabitlik və iqtisadi inkişafa qarşı artan çağırışlar dövründə yeni üçtərəfli Azərbaycan, Türkiyə və Özbəkistan platforması regional əməkdaşlığı inkişaf etdirmək, sülh, təhlükəsizlik və rifah içində ölkələrimizin ortaq maraqlarını həll etmək üçün mövcud səylərə uyğun gəlir”.

Xudaferin.eu

 

15:21