Cibutili diplomat: Ağdama səfərimiz zamanı bu şəhərin tamamilə dağıdıldığını gördük

Ağdama səfərimiz zamanı şəhərin tamamilə dağıdıldığının şahidi olduq. Gəncədə isə müxtəlif raket atəşləri nəticəsində şəhərə dəymiş ziyanı öz gözlərimizlə gördük. İƏT olaraq işğaldan azad edilmiş bölgələrdə normal həyatın bərpası üçün Azərbaycan dövlətinə dəstəyimizi davam etdirəcəyik.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri işğaldan azad olunmuş bölgələrə səfərin yekunlarına dair keçirilən mətbuat konfransında Cibutinin Səudiyyə Ərəbistanındakı səfiri və İslam Əməkdaşlıq Təşkilatı (İƏT) yanında daimi nümayəndəsi Dya-Eddine Said Bamakhrama deyib.
O bildirib: “Bildiyimiz kimi, İslam sülh dinidir. Bu baxımdan, biz dünyada sülhün bərqərar olması üçün əlimizdən gələni əsirgəməməliyik. Biz dünyada sülhün, barışın tərəfdarı olduğumuzu bir daha bəyan edirik”.

Xudaferin.eu

15:18