Davakarın biri

...Davakarın biriyəm... Belə deyirlər,bir bildikləri var hər halda...Niyə də olmayım!... Davalı biriyəm... Kamal Sunalın "Davaro" kinosundakı kimi davalı. Bir qarabaglının Qarabag sevdası... Qarabag davası heç bitərmi?!... Bitməz! Bu sevda bitməz!... Mənimki "kara sevda"dır!.. Bu sevdadan usanmaram, yorulmaram!... Bu sevdadan çox yazıram, elə bilirəm yazmasam, unudaram, unudarlar... Hərdən barmagımı Qarabağ zənginə basıram, bəlkə eşidələr, "tənəffüsə" çıxalar... E.Heminqueyin "Əcəl zəngi" romanında deyilən kimi: "Qoy budəfəki hücum onların qələbəsi ilə bitsin. Amma növbəti son və qəti hücumda qələbə bizim olacaq!..."
Bu yazıdakı əsl məqsədimi indi yazıram... Berlin divarını xatırlayırsınızmı?!... 90-cı illərin əvvəlində bu divar necə təntənə ilə uçurulurdu... Televizyanın xəbərlər proqramında baxırdım. Alman xalqı rus hərbiçiləri və texnikası ilə dolu qatarları böyük coşqu ilə yola salırdılar... Ordan yaddaşıma köçən bir şeyi heç vaxt unutmuram. O da bir almanın əlində tutdugu köntöy hərflərlə yazılmış plakat idi. Plakata belə yazılmışdı: "İDİ DOMOY,İVAN !"...
İndi az qala dünyanın yarısına bu plakatı yapışdırmaq lazımdır...
Qarabagımı aglar günə qoyan... əsasən rus çəkmələri ilə tapdanan... "atan kazaklardır" deyə bilinən bir torpagın insanı olaraq deyil, dünyanın hər yerində "cığal siyasəti ilə qan sovuran, atəş püskürən, azğın dərəbəylər" varkən, necə davalı olmayasan... Son hadisə—guya yanlışlıqla bombaladıqları Turk əsgərləri varkən necə "davarolu" olmayasan?!... "İDİ DOMOY, İVAN !"— Bu plakatı dünyanın harasından asasan?!... Dünya ilə rəsmən məzələnən bu azgın siyasətə necə "DUR!" deyəsən?!...
Hələlik o alman insanının sevinclə əlinə götürdüyü plakatı öz səhifəmdən asıram: "İDİ DOMOY, İVAN !!!"
Ps:"Multikuturalizm" jurnalının üçüncü sayında "Könlüm Qarabagdan keçər" yazımı təqdim etmişlər. Bunun üçün jurnalın baş redaktoru Fəxri Uğurluya dərin təşəkkürümü bildirirəm.

Xudaferin.eu

23:41