Dəmir Gədəbəyli Yaradıcılıqına Və Şəxsiyyətinə Kənardan Baxış

Dəmir Gədəbəyli (Qasımov Dəmir Müseyib oğlu) 1939-cu il mart ayının 9-da (Şəxsiyyət vəsiqəsində 27 mart ) Gədəbəy rayonunun Ataxal kəndində müəllim ailəsində dünyaya göz açmışdır. Orta təhsilini Böyük Qaramurad məktəbində almış, sonra Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə daxil olmuşdur. 1961-ci ildə ADU-ni bitirmiş, elə həmin ildən 1991-ci ilə qədər , 30 il Azərbaycan Dövlət Televiziya və Radio verlişləri komitəsində müxtəlif vəzifələrdə çalışmışdır. “20 yanvar” qəzetinin baş redaktoru olmuşdur. Müstəqillik dövründə müxtəlif Universitetlərdə dərs demişdir (ABU, “Odlar Yurdu” ,“Təfəkkür”). 60-cı illərdən şeirləri çap olunmağa başlayıb. 1972-ci ildən SSRİ Jurnalistlər İttifaqının, 1981-ci ildən Azərbaycan Yazıçılar İttifaqının, 1988-ci ildən SSRİ Yazıçılar İttifaqının üzvü olmuşdur. 1975-ci ildə görkəmli alim Mir Cəlal Paşayevin rəhbərliyi ilə “Azərbaycan poeziyasında qoşma” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 1989-cu ildə isə “Azərbaycan dastanlarının poetikası” adlı doktorluq dissertasiyasını müdafiə edib. Türkiyənin “Zaman” qəzetinin Bakı üzrə təmsilçisi olmuşdur. 50-dən çox kitabı çap olunub. Demək olar ki, çap olunmamış 60 kitablıq poema, dram və şeirləri var. Ən məhşur bəstəkarlar 300-ə qədər sözünə mahnı bəstələyib və bu mahnılar tanınmış müğənnilərin ifasında səslənib. Onun şeirləri alman, ingilis, rus, yunan, rumın, çex, bolqar, macar və.s dillərə tərcümə edilmişdir. Azərbaycan yazıçılar birliyinin üzvü şair Dəmir Gədəbəyli 6 may 2019-cu ildə vəfat etmişdir

 

 Şair "Ayrılıgın ilk günü", "Cavadxan", "Son güllə", "Ağaməhəmməd xan və ya qisasa qisas" və.b. mənzum dram əsələrinin müəllifidir. Dəmir Gədəbəyli 1990-cı ildə Mir Cəlal Paşayev haqqında "Yetimlər atası" poemasını qələmə alıb. 2008-ci ildə isə bu poema Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmovun, Doktor Cavad Heyətin, fəlsəfə elmləri doktoru, professor Mahir İsrafilovun müqəddimələri ilə ayrıca kitab şəklində çap edilib . Şairin digər kitabları aşağıdakılardır:

Sınaqlar. 1961
Baba ocağı
Daşlar, gözlər, məhəbbət.
Ayrılığın əlində
Abdaloğlu
Qeyrət qalası
Ellərin əziz qızı
Xatirələrdə yaşayan illər
Xalqın Heydər babası
XX əsrin Nyutonu
Tuğ harayı
Türk qızı
Atatürkün əsgəri
Türk ana
Türk generalı
Acılı, ağrılı dünya. Bakı, Nurlan-2010. 208 səh.
Oyun dünya. Bakı, Nurlan-2010.
Ellər vurğunu. Bakı, Aspoliqraf-2010.

P.S Dəmir Gədəbəyli  Xudaferin.eu redaktoru Elman Mustafazadəyə həsr etdiyi Şeiri
                                   Şuşalı Elman

        Qürbətdə Vətən həsrətilə  çırpınan Qərib dostum Elman Mustafazadəyə

Qürbətə öyrəşdin Şuşalı Elman!
Saldı öz gününə kafirlər bizi.
Torpaqsız,Vətənsiz,xain,xəbislər,
Etdirdi Tanrıya küfürlər bizi!

Qarabağda qarabağlı qalmadı,
Köçdü ağır ellər,çarə bulmadı,
Böyük Qarabağı haylar almadı,
Aldatdı ruslarla,səfirlər bizi!

Dəmiri əyibdi həsrət illəri,
Açıldı yağının fitnə,felləri,
Torpaqdan pay verməz Oğuz elləri!
Hələ tanımayır,səfillər bizi!

Nərmin Hüseyinli
Xudaferin.eu

22:11