Dmitri Peskov Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli görüşünün anonsunu verib

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan ilə iki ayrı-ayrı görüşlər keçirəcək, daha sonra liderlərin üçtərəfli danışıqları təşkil olunacaq.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə RF Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

O, həmçinin qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Moskvada bu gün keçiriləcək Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.

“Bu gün iclasda Azərbaycan Prezidenti İlham Heydər oğlu Əliyevin qonaq qismində ilk dəfə iştirak edəcəyi mühümdür”, - deyə D.Peskov bildirib. Kremlin nümayəndəsi əlavə edib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Tacikistan Prezidenti Emoməli Rəhmon iclasa videoformatda qoşulacaqlar.

Fəridə Abdullayeva

Xudaferin.eu

16:16