Dövlətimizi gücləndirməliyik ...

Hazırda xalqımız və vətənimiz Azərbaycan özünün dövlətçilik tarixinin həlledici mərhələsini yaşayır .44 günlük Qarabağ müharibəsindən sonra Ermənistanla sərhəddə yemidən dəqiqləşdirmə prosesi gedir . Düşmən ölkədə " Vətənin xilası uğrunda " hərəkat yaradılır . Bu işlərə rusiyapərəst qüvvələr rəhbərlik edir . Ermənilərə mənəvi dəstək vermək üçün bu yığıncaqlarda rusiya kazakları adından ehtiyatda olan polkovnik Andrey Jiqov və vətən müharibəsi qəhrəmanları təmsilçisi polkovnik Oleq Kryukov da iştirak ediblər . Sanki qaranlıqda isıq axtarırlar . Hadisələrin gedisi göstərir ki , Ermənistan bir dövlət olaraq bataqlıqda çabalayır .
Bütün bunlara baxmayaraq etiraf etməliyik ki , bizdə də vəziyyət ürəkaçan deyil . Dövlətçiliyimiz böhran içərisindədir .
Vəziyyət o həddə çatıb ki , prezident İlham Əliyev bir çox məmurların adını çəkərək tənqid edir . Onları öz işləri ilə məşgul olmağa çağırır . Xalqımızı və ölkə rəhbərini narahat edən hallar baş verir .
Səbəbsiz hadisə baş verməz .
Bu səbəblər nədir axı...?
Fikrimcə : illər boyu bəzi vətənpərvər jurnalistlərimizin , ziyalılarımızın zaman zaman idarəetmədəki nöqsanlara etdiyi etirazların nəzərə alınmaması əsas səbəblər sırasındadır .
Məsələn , Əlisa Nicat , Ənvər Börüsoy -( Allah rəhmət eləsin . ) , Sərdar Əlibəyli , Əvəz Zeynallı , Vüqar Məmmədov kimi cəsarətli - savadlı jurnalistlər ölkə daxilində hər kəsin deyə bilmədiyi nöqsanları dilə gətiriblər .
" Azərbaycanın dostları " Cəmiyyətinin qurucusu , və iqtidar - müxalifət fərqi qoymadan fukirlərini sərbəst ifadə etməyə meydan verən " Xudafərin " jurnalının baş redaktoru olan Elman Mustafazadə 30 ( otuz ) ildir Avrapa ölkələrində Azərbaycanımıza təmənnasız xidmət edir . Çətinə düşən soydşlarımıza yardım edir . Dövlət adamlatımız yaxud da " Xaricdə yaşyan soydaşlarımızla əlaqə Komitəsi " çagırıb O Kişiyə bir dəfə sağ ol , deməyib .
Ziyalı alimlərimizdən Dilavər Əzimli , Yasəmən xanım Qaraqoyunlu illərdir bu xalqın problemlərindən yazır , danışır , təkliflər verirlər .
Son illər ölkə xaricində fəaliyyət göstərən " Azərfreedom TY " , " Azad Söz TY " , " Oğuz TY " , " El İcində TY " və bəziləri nöqsanları ilə birlikdə ümumilikdə millətimizi , xalqımızı , dövlətimizi narahat edən problemləri və onların həlli yollarını soydaşlarımız və dostlarımızla müzakirə edirlər . Dövlətimizə , xalqımıza xidmət etməyə çalışırlar .
Partiya sədrlərindən Sərdar Cəlaloğlu ( ADP ) , Mirmahmud Mirəlioğlu ( KXCP ) , Əli Əliyev ( VİP ) , Hafiz Hacıyev ( MMP ) , Zəlimxan Məmmədli ( HƏP , Ali Məclisi ) və bəzilərinin çıxışlarında onların dövlətçiliyimizin taleyindən narahat olduqları kəskin hiss olunur .
Bu insanlar müxtəlif dönəmlərdə xalqın , dövlətin milyonlar , hətda bəzən milyard dollarla ölçülə biləcək sərvətlərini oğurlayan , talayan məmurların konkret adlarını çəkərək onların cəzalandırılmaxını tələb etmişlər ve bu gün də edirlər .
Lakin çox təsüf ki , ölkədə sosial , iqtisadi və psixoloji vəziyyət durmadan ağırlaşmaqda davam edir .
44 günlük müharibə kasıb , ac , xəstə xalqı Vətənin xilası məsələsində toparladı . Vətəndaşlarımız yumruq kimi birləşdi və arxasında güclü dövlətlər dayanmasına baxmayaraq düşməni məhv etdi . Allah bütün şəhidlərimizə rəhmət eləsin , yaralı qazilərimiz tez sağalsın . Qələbəni bizə bəxş edən zabitlərimizin , Generallarımızın başı uca olsun !
Bizim möhtəşəm birliyimizdən qorxuya düşən düşmənlərimiz müharibəni təcili yarımçıq dayandırmağa məcbur oldular . Və dərhal mehribançılığımızı pozmağa başladılar . Parçala hökm sür prinsipini həyata keçirmək üçün özlərinin uzun ilərdən bəri ölkəmizdə yerləşdirdikləri emissarlarlarına tapşırıqlar verdilər . İndi onlar hər yerdə : Milli Məclisdə , Nazirliklərdə , Cəmiyyətlərdə , Komitələrdə , İcra hakimiyyətlərində , televiziya kanallarında , sosial şəbəkələrdə gecə gündüz fəaliyyət göstərirlər .
Lakin hesab edirəm ki , belələri nə qədər çox olsalar da vətənsevər xalqımızın sayı ilə müqayisədə azlıqda qalırlar . Onların gücü maliyələrində , vəzifələrində və tapşırıq aldıqları təşkilatlardadır .
Xalqın gücü isə tükənməzdir . Dövlətimizin bütövlüyünə , müstəqilliyinə və suverenliyinə məsul olanlar xalqın yanında olsalar bütün təhlükələri dəf etməyə gücümüz çatar . Bu vəzifənin öhdəsindən gəlmək üçün İqtidar - müxalifət - xalq birliyini qorumalıyıq .
Bir vətəndaş , bir ziyalı olaraq Mən - Qəvami Sadıqbəyli aşağıdakı işləri görməyi zəruri sayıram :
1. - Özlərini xalqın cəfakeşi kimi göstərən partiya sədrləri bir araya gəlmelidir ;
2. - İqtidar nümayəndeləri ilə müxalifət partiya rəhbərlərindən ibarət " Dəyirmi Masa " təşkil olunmalıdır ;
3. - " Dəyirmi Masa " ayda ən azı 2 ( iki ) dəfə toplanmalıdır . Müzakirələrdən sonra ortaq qərarlar qəbul olunmalıdır ;
4. - Qəbul olunmuş qərarlar Dövlət başçısına çatdırılmalıdır ;
5. - Prezident tərəfindən konkret addımlar atılmalıdır
Ölkə rəhbəri bu təklifləri qəbul etməyə də bilər . Bu halda " Dəyirmi Masa " ictimayətə müraciət etməlidir . Qeyd etdiyim təkliflər nəzərə alınmaya , yəni , iqtidar müxalifət nümayəndələri ortaq məxrəcə gəlməyə bilər .
Bu halda müxalifət partiyalarının sədrləri " Solo " oxumaqdan əl çəkməli , " Xor " da birləşməlidirlər . Daha sonra ambisiyalarını boğub öz aralarından bir " dirijor " - Ağsaqqal - seçməyi bacarmalıdırlar .
Bundan sonra birləşmiş müxalifət Konstitutsiyada əks olunan prinsiplərə söykənərək xalqa müraciət edə bilərlər .
Dövlətçiliyimizin , müstəqilliyimizin , suverenliyimizin və ərazi bütövlüyümüzü qotumaaq ;
Ölkəni idarə edən orqanlara demokratik , şəffaf seçkilərin keçirilməsini təmin etmək ;
Vətəndaş cəmiyyətinin formalaşmasına nail olmaq ;
Xalqın iradəsini əkd etdirən , qanunların aliliyini təmin edən hüquqi dövlətin yenidən qurulmasına nail olmalıyıq .
Ümumbəşəri dəyərlərə sadiq qalraq dünya xalqları ilə dostluq , sülh və əmin - amanlıq şəraitində yaşamağı təmin edən cəmoyyət qurmalıyıq .
İnanıram ki , hamımızın maraqlarını özündə ehtiva edən bu çətin lakin şərəfli vəzifəmin həlli prosesində iqtidarda yaxud müxalifətdə olmasımdan asılı olmayaraq bütün vicdalı vətənpərvər insanlar yaxından iştirak edəcək .
Allah xalqımıza yar və yardımçı olsun .....

Müəllif : Qəvami Sadıqbəyli
jurnalist - politoloq

Xudaferin.eu

18:09