Eldar Mahmudovla yola getməyən sabiq müavini XİN rəhbəri olmağa real namizəd

Dövlət Təhlükəsizlik Xidmətinin Xarici İşlər Nazirliyində keçirdiyi məlum əməliyyat nazirliyin, eyni zamanda nazir Elmar Məmmədyarovun olub-qalan imicini bitirdi.

Cənab Məmmədyarovun yaxın zamanda vəzifəsi ilə vidalasacaği bəllidir. Yeni nazirin kim olacağı ciddi müzakirə olunur.

XİN-in yeni rəhbəri olmağa real namizədlərdən biri də Fuad İsgəndərovdur. O Eldar Mahmudovun muavini olub. O 6 avqust 1961-cı ildə Bakıda anadan olub.

1978-1983 Bakalavr, Beynəlxalq iqtisadi münasibitlər / İngilis dili üzrə tərcümə, Beynəlxalq münasibətlər və beynəlxal hüquq institutu, Kiyev Milli Universiteti

2001 Qara Dəniz ixtisasartırma proqramı, C.F. Kennedi İdarəçilik Məktəbi, Harvard Universiteti, ABŞ  

1995-2002 İnformasiya və təhlil idarəsinin rəisi, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi

2002-2006 Azərbaycan Respublikasının milli təhlükəsizlik nazirinin müavini

2012-indiyədək Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Avropa İttifaqı yanında Nümayəndəliyin rəhbəri

Fuad İsgəndərov Eldar Mahmudovun əməllərinə etiraz olaraq vəzifəsini tərk edib. /NUH.az/

Redaksiyadan: Avropada "Azərbaycanın Dostları" Cəmiyyəti adından oxucularımıza xatırladaq ki, cənab Fuad İsgəndərov daima xalqının yanında olan, millətinim mənaefyini və soydaşlarının marağını üstün tutan, bütün diasporların və soydaşlarımızın rəğbətini qazanan nadir diplomatlardandır.

16:32