Enrike Qaspar: Azərbaycan ilə İspaniya arasında münasibətlərin daha da inkişafı üçün böyük potensial mövcuddur

Hazırkı mürəkkəb beynəlxalq vəziyyətdə Azərbaycan kimi stabil və etibarlı dövlətin əhəmiyyətini daha yaxşı anlamaq olar.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Madriddə 28 May – Müstəqillik Günü və Azərbaycan ilə İspaniya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinə həsr olunmuş qəbulda iştirak edən “İspaniya İpək Yolu” İnstitutunun vitse-prezidenti Enrike Qaspar deyib.

E.Qaspar qeyd edib ki, iki ölkə arasında münasibətlərin daha da inkişafı üçün böyük potensial mövcuddur: “Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş tədbirdə iştirak etməkdən qürur duyuram”.

 

Nigar Cəfərli

Xudaferin.eu

16:55