Govsadlının şəhidləri.

Füzuli rayonu Govşadlı kəndinin 1-ci və 2-ci Vətən muharibəsində səhid olan qardaşlarımıza ithaf edirəm.

Üç ağ göyərçinik,göyə ucaldıq,
Gənc qalmışıq,sanmayın ki,qocaldıq,
Ölməmişdən düşmənlərdən bac aldıq,
Ağlamayın,ay analar,bacılar,
Biz şəhidik,şəhid ölməz,ucalar!

Xan Quruçay hönkür-hönkür ağlayır,
Govşadlının halın görüb çağlayır,
Atamız Külümpü matəm saxlayır,
Aglamayın,ay analar,bacılar,
Biz şəhidik,şəhid ölməz,ucalar!

Qarağac düzundə gündüz gəzərik,
Kəndimizin üzərində süzərik,
Ruhumuzla düşmənləri əzərik,
Ağlamayın,ay analar,bacilar,
Biz şəhidik,şəhid ölməz,ucalar!

Gecələri bizə anasayağı,
Layla deyir,Xanımağa bulağı,
Təsəllimiz Sıraqozluq,Tutbağı,
Ağlamayın,ay analar,bacılar,
Biz şəhidik,şəhid ölməz,ucalar!

Babamızın,nənəmizin məzarı,
Bəs kimə əmanət,-desəniz barı?
Qoruyuruq axı, burda onları,
Ağlamayın,ay analar,bacılar,
Biz şəhidik,şəhid ölməz,ucalar!

Xiyavanın düzünə biz ərərik,
Əlvan-əlvan çiçəklərin dərərik,
Məzarlıqda qəbirlərə sərərik,
Ağlamayın,ay analar,bacılar,
Biz şəhidik,şəhid ölməz,ucalar!

Çərkəz əmi bizi təsəlli edir,
Ata kimi hər an bizi izləyir,
Bayram,Tahir,Oruc, görün,nə deyir:
,,Ağlamayın,ay analar,bacılar,
Biz şəhidik,şəhid ölməz,ucalar!"

Kufulların təpəsinə qonariq,
(Bilirsiniz, yarım qalıb sevgimiz.)
Bu həzin nəğməni biz oxuyarıq,
Bəlkə çata gözəllərə nəğməmiz:

Bayram
Bir aslanım,iki qönçəm
mənim sənə əmanətim,
Sənsən, gülüm,ümid yerim,
qürur yerim,fəxarətim!

Hələ çox gənc bir anasan,
Düsdün ağır yük altına,
Çətinliyə döz,sinə gər,
eşqimizin xatırına.

Övladlarım qoy fəxr etsin,
atasının əməyilə,
Böyüsünlər azad Vətən-
Azərbaycan çörəyilə!

Tahir
Gözəl yarım,cəsur yarım,
Bu gün şəhid yoldaşısan,
Sən mətin ol,bil ki, artıq
tek oğlumun qardaşısan!

Aslanıma məndən danış,
Atasından qoy dərs alsın,
Girsin yağı meydanına,
Düşmənlərdən qisas alsın!

Oruc
Möhkəm dayan,məğrur yarım,
Sən sür ,uzun ömür barı,
Sənsən artıq uşaqların
ağbirçəyi,ağsaqqalı.

Bir gün gələr,nəvəm olar,
Adımı ver, o daşısın,
Babasıyla qürur duysun,
Başı uca qoy yaşasın!

Mən onu da xəbər verim:
Azər,Vüqar yanımızda.
Biz onların qanın axı
daşıyırıq canımızda.

Epizod
-Gəlin,körpə, saf mələklər,
Dastanımda görünün siz!
Qoy ananız rahat olsun,
Nigarandılar ,bilirsiz.

Biz burdayıq,ay analar!
Doğmamıza qovuşmuşuq.
Ruhumuzla ordumuzda,
bilin,biz də vuruşmuşuq!

Bilsin düşmən, türk oğluyuq!
Biri ölər, min dirçələr,
Azər,Vüqar,qurd oğluyuq!
Vətən şəhidlə yüksələr.

Bəhruz
Mənim şəhid bağdaşlarım,
Öcünüzü aldım,gəldim!
Qalxın,sizlə qucaqlaşım!
Yanınızı rəva bildim.

Gözü yaşlı övladlarım
dilbərimə əmanətdi,
Düşündüm ki,əvvəl Vətən!
Geri qalan boş söhbətdi.

Ruhunuz şad olsun!Bilin,
kəndimizi artıq aldıq.
Rahat yatın,ay əmilər!
Tarixlərdə yuva saldıq.

Nəğmənizə qoşuluram:
Tarix boyu həzin-həzin,
Yarımıza qoy yetişsin,
sədaları nəğməmizin!

Ağlamayın ,ay analar,bacılar,
Ağlamayın,...ağlamayin,
...şəhid ölməz,ucalar.
...
Ağdam
2 ci Vətən müharibəsi, qanlı döyüşlər gedən günlər. Ağdama müraciət edirəm.

Qarabağın qəlbi,ürəyi Ağdam,
Səbr eylə,güclü ol gəlir əsgərim,
Sənə də çatacaq vaxt,zaman,məqam,
Gəlir aslanlarım,gəlir şirlərim!

Qolun qandallıdı fəğan edirsən,
Ey qəhrəman oğulların yuvası!
Zəncir gəmirirsən,qan-qan edirsən,
Dğalarin ,ey qorxulu röyası !

Ağdərənin,Xocavəndin bacısı,
Neçə ildi sinən dağlı qalmısan,
Xankəndimə gedən yolun qapısı,
Bağlanmısan,elə bağlı qalmısan.

Şanlı ordum səni xilas edəcək,
Bayrağını başın üstə tutarsan,
Qalx,deyəcək düşmənləri biz əzək !
Sən onları bir-birinə qatarsan.

Qarabağım daşnaqlardan qurtular,
Sən yenə də çağlayarsan,coşarsan,
Kim deyir ki,qoç Ağdam məğlub olar?
Zəfər çalar,azad,xoşbəxt yaşarsan.
30.10.20
Qəhrəmanlarım

1- ci Vətən müharibəsi zamanı Füzuli rayonu Hoğa kəndinin şəhid olmuş igidlərinə həsr olunur.

Çox sevdiyim ana yurdum,ay Hoğa,
Şükr olsun ki,qovuşmuşuq torpağa.
Sən qaldırdın, qoydun müqəddəs dağa,
Həm qəhrəman Elxanı,həm Telmanı,
Museyibi,Əbülfəti,Elmanı.

Dara düşdün,igidləri səslədin,
Şəhid verdin,gözyaşını gizlədin.
Təmiz,halal,ağ südünlə bəslədin,
Həm qəhrəman Elxanı,həm Telmanı,
Museyibi,Əbülfəti,Elmanı.

Sənsən,düşmən qarşısında dik duran,
Yağıların sinəsinə dağ vuran,
Sənsən, ana tək qoynunda yatıran,
Həm qəhrəman Elxanı,həm Telmanı,
Museyibi,Əbülfəti,Elmanı.

Sən, düşməni məğlub edib alçaldan,
Tarixlərdə belin büküb,qocaldan.
Sən,olmusan zirvələrə ucaldan,
Həm qəhrəman Elxanı,həm Telmanı,
Museyibi,Əbülfəti,Elmanı.

Cavab gəldi:-Ay şairə,qulaq as,
Elə yara aldım,təbib sağaltmaz!
Övladlarım,bil ki,heç vaxt unutmaz!
Həm qəhrəman Elxanı,həm Telmanı,
Museyibi,Əbülfəti,Elmanı.

Yasəmən Qara
Xudaferin.eu

18:14