Gürcüstan Azərbaycan və Ermənistan arasında dialoqa və etimadın möhkəmləndirilməsinə kömək etməyə hazırdır

Gürcüstan “Dinc Qonşuluq Təşəbbüsü” çərçivəsində Azərbaycan və Ermənistan arasında dialoqa və etimadın möhkəmləndirilməsinə kömək etməyə hazırdır.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu sözləri Gürcüstan müdafiə naziri Cuanşer Burçuladze söyləyib.

Gürcüstan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir ki, C.Burçuladze Bakıda azərbaycanlı həmkarı general-polkovnik Zakir Həsənovla ikitərəfli görüşdə bir sıra vacib məsələləri, o cümlədən regionun qarşısında duran vəzifələri müzakirə edib.

Görüşdə həmçinin, ikitərəfli və üçtərəfli formatlarda əməkdaşlığın, həmçinin ölkələrin və regionun inkişafına töhfə verəcək strateji səviyyəli görüşlərin mövcud dinamikasının saxlanılmasının vacibliyi də qeyd olunub.

Xətayi Əzizov

Xudaferin.eu

22:18