Gürcüstan KİV-ləri Azərbaycan Prezidentinin litvalı həmkarı ilə görüşdə səsləndirdiyi fikirlərə geniş yer verib

Gürcüstanın aparıcı kütləvi informasiya vasitələri (KİV) Azərbaycanın Prezidenti İlham Əliyevin Litva Prezidenti Gitanas Nauseda ilə görüşlərindən sonra mətbuata bəyanatında söylədiyi fikirləri geniş işıqlandırıb.
Xudaferin.eu AZƏRTAC-a istinadexəbər verir ki, kavkasia.net, gaxa.ge, aktual.ge, interpress.ge və 24news.ge informasiya portallarında bir sıra materiallar dərc olunub.
Azərbaycan, ingilis və gürcü dillərində oxuculara təqdim olunan xəbərlərdə Prezident İlham Əliyevin Azərbaycanın hər zaman öhdəliklərə sadiq olması və eyni məsuliyyəti Ermənistan tərəfindən də görmək istəməsi, Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət bölgəsi kimi görmək istəməsi, eləcə də Litva ilə əməkdaşlığın perspektivləri barədə fikirləri oxuculara təqdim olunub.

Xətayi Əzizov
Xudaferin.eu

16:51