Hava Hücumundan Müdafiə bölmələrinin döyüş atışları keçirilib

Bu il üçün döyüş hazırlığı planına əsasən, Hava Hücumundan Müdafiə bölmələrinin döyüş atışları keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, atışların əsas məqsədi şəxsi heyətin zenit qurğularından istifadəetmə bacarıqlarının təkmilləşdirilməsi və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsidir.

Hava Hücumundan Müdafiə vasitələrinin döyüş heyətləri tərəfindən aşkarlanan şərti düşmən hava hədəflərinin praktiki atışlarla məhv edilməsi tapşırıqları peşəkarlıqla icra olunub.

Xudaferin.eu

16:39