HAZIRDA QLOBAL MÜSTƏVİDƏ ELAN OLUNMAMIŞ "III DÜNYA SAVAŞI" GEDİR ....

Müasir beynəlxalq münasibətlər sistemi dərin transformasiya mərhələsindən keçir.
Rəsmi olaraq qlobal müharibə elan edilməsə də, real vəziyyət göstərir ki, dünya miqyasında güc, resurs və təsir uğrunda kəskin rəqabət gedir.
Davam edən proseslər göstərir ki, əslndə hazırda qlobal müstəvidə “elan olunmamış III Dünya savaşı” gedir.
Müşahidələr göstərir ki, davam edən "lll Dünya savaşının" əsas tərəfləri aşğıdakı kimi formalaşmışdır :
1.) ABŞ rəhbərliyində Qərb bloku.
Blokun mərkəzi : ABŞ
Əsas strateji müttəfiqlər:
Böyük Britaniya, İsrail, Kanada,Almaniya,
Fransa, İtaliya, Yaponiya, Cənubi Koreya, Avstraliya, Polşa.
Blokun əsas struktur dayaqları : NATO və Avropa İttifaqıdır.
Bu blok dünyada hərbi, maliyyə və texnoloji baxımdan ən güclü mərkəz olaraq qalır.
2.) Çin rəhbərliyində güclənən blok.
Blokun mərkəzi : Çin
Əsas müttəfiqlər və tərəfdaşlar : Pakistan, Rusiya, İran, Şimali Koreya, Belarus.
Son dövrlər Çin iqtisadi gücü və texnoloji inkişafı ilə ABŞ-a alternativ qlobal lider kimi çıxış edir.
3.) Rusiya yönümlü hərbi-siyasi blok.
Blokun mərkəzi : Rusiya
Əsas müttəfiqlər :: İran, Şimali Koreya, Belarus.
Rusiya hərbi güc və enerji resursları vasitəsilə qlobal təsirini qorumağa çalışır.
4.) Hazırda regional güc kimi çıxış edən Türkiyə , Türk dünyası (TDT) blokunu formalaşdırır.
Blokun mərkəzi : Türkiyə.
Əsas müttəfiqləri --
Türk Dövlətləri Təşkilatı ( TDT) üzvləri : Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan.
Tərəfdaşları : Türkmənistan, Qatar, Macarstan.
Türkiyə balanslı siyasəti ilə həm Qərb, həm də Şərq arasında körpü rolunu oynayır.
5.) Ərəb Liqası və enerji gücü bloku
Blokun əsas platforması -- Ərəb Liqası üzvləri :
Səudiyyə Ərəbistanı, Misir,
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ).
Enerji resursları və maliyyə imkanları bu regionu strateji güc mərkəzinə çevirir.
Bəzi dövlətlər isə açıq blok qarşıdurmasına qoşulmadan neytral və çoxvektorlu siyasət yürüdürlər.
Hindistan, Braziliya, Meksika,İndoneziya, Cənubi Afrika Respublikası və s
Bu ölkələr gələcəkdə ayrıca güc mərkəzinə çevrilə biləcək potensiala malikdirlər.
Son zamanlar aparılan müharibələrdə əsasən proksi qüvvələrdən istifadə olunur. Yəni, super güclərin qarşıdurmasının əsas xüsusiyyəti birbaşa deyil, dolayı müharibələrdir.
Məsələn : Ukrayna Qərb və Rusiya qarşıdurmasının mərkəzinə ; İran isə Yaxın Şərq geopolitikasının platformasına çevrilib.
Il Dünya savaşından sonra dünya əssən ikiqütblü sistemə əsaslanırdı: ABŞ və SSRİ.
Bu gün isə güclər sistemi çoxqütblü xarakter alır.
Bir çox neytral ölkələr də yeni supergüc olmağa namizəddirlər. Məsələn : Hindistan, Braziliya, İndoneziya və s.
Nəticə olaraq qeyd etmək olar ki, müasir Dünya yeni geosiyasi düzənin formalaşması mərhələsindədir.
Güc balansı dinamik şəkildə dəyişir, ittifaqlar yenidən qurulur. Rəqabət daha çox iqtisadi, texnoloji və informasiya sahələrinə keçir.
Fikrimcə belə bir mürəkkəb şəraitdə balanslı və çoxvektorlu siyəsət ən uğurlu strategiya ola bilər .
Bu strategiya sayəsində ölkənin daxili sabitliyini və iqtisadi müstəqilliyini qorumaq olar. Bu prinsipləri qoruyan dövlətlər yeni dünya düzənində öz mövqelərini gücləndirə biləcəklər.

Müəllif : Qəvami Sadıqbəyli, Azərbaycan.

Xudaferin.eu

19:34