Hikmət Hacıyev: Bəzi Avropa ölkələri kolonializm siyasətində hərbi gücdən istifadə edirlər

Bəzi Avropa ölkələri tərəfdən kolonializm siyasəti davam etdirilir. Onlar, eyni zamanda, hərbi gücdən istifadə edirlər.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bunu “Neokolonializm: İnsan Hüquqlarının Pozulması və Ədalətsizlik” mövzusunda keçirilən konfransda Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

“Biz bu gün kolonializmlə bağlı mübarizədə çoxlu fikirlər eşitdik. Azərbaycan olaraq biz öz səylərimizi, mübarizəmizi və siyasi azadlıq ambisiyalarımızı davam etdirəcəyik. Burada səsləndirilən fikirləri BMT və digər beynəlxalq təşkilatlar səviyyəsinə qaldıracağıq. Mənim ölkəm uzun illər müstəqilliyindən məhrum olub. Biz dövlət olaraq işğalın nə olduğunu bilirik”, - deyə Hikmət Hacıyev vurğulayıb.

Xudaferin.eu

14:33