Hərbi institutun orkestr heyəti Gürcüstanda səfərdədir

Mayın 26-da Gürcüstanda Müstəqillik Günü münasibətilə keçiriləcək silsilə tədbirlərdə iştirak etmək məqsədilə Milli Müdafiə Universitetinin Heydər Əliyev adına Hərbi İnstitutunun Hərbi Orkestri bu ölkədə səfərdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hərbi orkestr heyəti Tbilisi şəhərində müxtəlif ölkələrdən qatılan nümayəndələrlə birgə konsert proqramları ilə çıxış edəcək.

Xudaferin.eu

16:13