İ. Əliyev : " Mən Şuşanı mədəniyyət mərkəzi elan etmişəm , məmurlar paytaxtı yox ".

Şuşa     Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində  inzibati ərazi  vahididir . Şəhərin təməli 1752-ci ildə Qarabağ hökmdarı Pənahəli xan tərəfindən qoyulub və ilk çağlarda  onun şərəfinə Pənahabad adlandırılırdı .  Şuşada 17 məhəllə vardı: Seyidli, Culfalar, Quyuluq, Çuxur məhəllə, Dörd çinar, Dördlər qurdu, Hacı Yusifli, Çöl qala, Qurdlar, Saatlı, Köçərli, Mamayı, Xoca Mərcanlı, Dəmirçilər, Hamamqabağı, Merdinli və Təzə məhəllə.  Hər məhəllənin  də  özünün  hamamı , məscidi  və bulaqı   vardı .
XIX əsrin sonu və XX əsrin əvvəllərində Şuşa Qafqazın musiqi mərkəzinə çevrilmişdi.  Şuşanı "Kiçik Paris", "Qafqazın sənət məbədi", "Azərbaycan musiqisinin beşiyi" və "Zaqafqaziyanın konservatoriyası" adlandırırdılar.   XX əsrin əvvəllərinədək Azərbaycanda, o cümlədən Şuşada musiqi sənəti, ilk növbədə xanəndə və sazəndələr ustad-şəyird zəminində inkişaf edirdi . Lakin artıq XX əsrdən başlayaraq peşəkar musiqi təhsili daha geniş sahələri əhatə edərək, sistemləşdirilməyə və kütləviləşməyə doğru istiqamət götürmüşdü . Bu  posesdə  dahi Azərbaycan  bəstəkar Üzeyir Hacıbəyovun böyük  rolu   olmuşdu .
Şuşa şəhəri 1992-ci il may ayının 8-də   Rusiya  dövlətinin  siyasi  və  hərbi yardımı  sayəsində,  erməni   silahlı birləşmələri tərəfindən işğal edilmişdi . İşğalı nəticəsində şəhərdə 195 nəfər azərbaycanlı  xüsusi amansızlıqla qətlə yetirilmişdi . 165 nəfər yaralanmış, onlardan 150 nəfəri əlil olmuş, 552 körpə valideynlərini itirmişdi .  20 mindən artıq əhali isə doğma yuvasını tərk edərək məcburi köçkün vəziyyətinə düşmüşdü .    Əsir və girov götürülmüş 58 azərbaycanlının taleyi barədə bu günə qədər məlumat yoxdur.
Şuşanın işğalı nəticəsində azərbaycanlıların tarixi izlərini silmək məqsədilə erməni  vandallar vəhşiliklər  törətmişlər .  600  ( altı  yüz )  tarixi memarlıq abidəsini ,  o cümlədən Pənahəli xanın sarayını, Yuxarı Gövhər ağa məscidini, Aşağı Gövhər ağa məscidini ,  Xurşidbanu Natəvanın evini, Molla Pənah Vaqifin məqbərəsini yerlə-yeksan etmişlər . 7 məktəbəqədər uşaq müəssisəsini, 22 ümumtəhsil məktəbini, mədəni-maarif, kənd təsərrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbini, 8 mədəniyyət evini , 22 klubu, 31 kitabxananı, 2 kinoteatrı, 8 muzeyi, turist bazasını, Qafqazda yeganə Şərq musiqi alətləri fabrikini dağıtmışlar   Buradakı nadir sənət incilərini talamış və məhv etmişlər. 
              Şuşa 8 noyabr 2020-ci il tarixində Azərbaycanın  müzəffər  ordusu tərəfindən işğaldan azad edilmişdir .
               Lakun  indi oranı  Azərbaycan hakimiyyətində  vəzifə  tutan  acgöz məmurlar işğal etməyə  hazırlaşırlar.  Bu  həris  niyyətə   Prezident  də  etiraz  etməyə  məcbur  olub . Və  müsahibələrində  xalqa  müraciət  edərək  təxminən  bu  fikirləri  səsləndirib  :  "Artıq gözlər tikilib  Şuşaya .   İndi oraya elə bil ki, hücum gözlənilir, zəbtetmə hücumu. O torpaq mənim, o torpaq sənin, oranı mənə, buranı sənə. Amma mən bunların hamısını cəzalandıracağam, hamısını, özü də necə lazımdır. Otursun hərə öz yerində öz işi ilə məşğul olsun".
         Xalqın  əksəriyyəti  bilir  ki ,    Azərbaycanın   Quba ,  Qusar , Şamaxı ,  Xızı , İsmayıllı  ,  Qəbələ ,  Şəki ,  Zakatala , Qax , Balakən ,  Göygöl ,  Lerik , Lənkəran  və  s. rayonlarıının  ən  səfalı  ərszilərini  dövlətin  büdcəsini  talayan  məmurlar  zəbt  edib .  Xəzər  dənizinin  sahillərini  hasara  alıblar . Məlum  olur  ki , onların  gözlləri   doymayıb  ,  indi  də  Şuşanı  mənimsəməyə  can  atırlar . 
             Əslində  xalqımız  tərəfindən  kövrək  hisslərlə  sevilən  və  əzizlənən  Şuşa  prezidentin  də  dediyi  kimi
planlı şəkildə bərpa edilməlidir . Orada yaşayacaq  insanlar üçün   nümunəvi  şərait  yaradılmalıdır .   Qanunsuz və  özbaşına   hərəkətlərə  yol  vermək  olmaz . Heç bir torpaq zəbt oluna bilməz .  Xalqımız  həsrətlə  gözləyir  ki ,  dağıdılmış  şəhərlər  ,  o  cümlədən  Şuşa  tezliklə bərpa edilsin .  
       Prezident  İ. Əliyev xalqa müraciətində  belə  demişdi :    "Mən   Şuşanı  mədəniyyət  mərkəzi  elan  etmişəm ,  məmurlar  paytaxtı yox .  Elə  etməliyik  ki , oraya  qayıdacaq  insanların   rahatlığı   təmin  olunsun . Bütün  dünya   Azərbaycan  dövlətinin  gücünü  və  vətəndaşına  qayğısını  reallıqda  görsün " . 
         Bu  xoş  arzuların   həyata  keçirilməsi  üçün   ictimaii  nəzarətə  böyük  ehtiyac  var .  Vətənini  sevən  hər  bir  şəxs  xüsusiylə   qəzet ,  jurnal  redaktorları , jurnalustlər , sosial  şəbəkə  istifadəçiləri   ictumai  nəzarətin  təşkilatçıları  və  iştirakçıları  olmalıdır . 
         "  Azərbaycanın  Dostları "   Cəmiyyəti  və  "  Xudafərin "  dərgisi  olaraq  xalqımızın  rifahı  naminə  prezidentin    təklif   etdiyi   İctimai  Nəzarətin  təmin  edilməsində   ilk  sıralarda   iştirak  etməyə   hazırıq .
 
                                                        
  Müəllif :  Qəvami  Sadıqbəyli 
            jurnalist - politoloq 
            

Xudaferin.eu

23:48