İlqar Əlizadə: MSK Milli Məclisə seçkilərlə əlaqədar maarifləndirmə tədbirlərini intensiv şəkildə davam etdirir

Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası maarifləndirmə tədbirlərini intensiv şəkildə davam etdirir. Bu gün başlayan təlim dairə seçki komissiyalarında fəaliyyət göstərən treninq qruplarının üzvləri üçün nəzərdə tutulub və 5 gün müddətində Bakı şəhərində keçiriləcək. Treninq qrupları isə 10 gün müddətində ölkə ərazisində fəaliyyət göstərən məntəqə seçki komissiyalarının üzvləri üçün həmin tədbiri davam etdirəcəklər.

Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyası (MSK) Katibliyinin müdiri İlqar Əlizadə söyləyib.

O, layihənin məntəqə seçki komissiyalarının üzvlərinin rol və vəzifələrinə həsr olunduğunu bildirib.

Məşğələlərin əyani vəsaitlər istifadə olunmaqla praktiki şəkildə keçiriləcəyini deyən İ. Əlizadə əlavə edib: “Treninq layihəsinin hələ 2002-ci ildə beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində əsası qoyulub. Layihə 2008-ci ildən sonra yeni forma və məzmun əlavə olunmaqla daha da genişləndirilib, peşəkarlıq səviyyəsi artırılıb”.

Xudaferin.eu

16:25