İSMAYIL MƏRCANLI İMANZADƏ

Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində doğulub. Rayonun işğalından sonra məcburi köçkün kimi Mingəçevir şəhərində məskunlaşıb. Otuza yaxın kitabı nəşr olunub. Xeyli sayda (47) şeirinə tanınmış bəstəkarlar tərəfindən mahnı bəstələnib. Uşaqlar üçün yazdığı şeirlərin bir qismi orta məktəb dərsliklərində və uşaq baxçaları üçün nəzərdə tutulan müntəxəbat və uşaq antalogiyasında yer alıb. 1999-cu ilin oktyabr ayında yaradılan Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədridir.

ŞƏHİDLİYİN ZƏFƏR NƏĞMƏSİ

Tanrı dərgahınadır, Şəhidim, son səfərin,
Yadlara göz dağıdır, qazandığın Zəfərin.
Hamı sənə ürəkdən deyir, Əhsən, Afərin!
Vətən-yurd sevgisidir halal qazancın-varın –
Əbədi yolçususan nur saçan sabahların!

Gur səsinlə- “Qarabağ-Azərbaycandır!”-dedin,
Torpağım, dağım-daşım ürəkdir-candır-dedin!
Şəhid ya Qazi olmaq, şərəfdir-şandır-dedin!
Nəqş elədin imzanı torpağa al qanınla –
Tanındın hər tərəfdə isminlə, ünvanınla!

Uğrunda can verdiyin hər qaış torpaq sənin,
Döyüş günü səsini əks etdirən dağ sənin.
Bayraqdarı olduğun üçrəngli bayraq sənin,
Şəhid ucalığında vətən daşına döndün –
Azadlıq nəğməsinə, Zəfər marşına döndün!

Ünyetməyən məkana qalxıb ölümsüz oldun,
Əhdində-peymanında, ilqarında düz oldun.
Qarı düşmən önündə hər an yenilməz oldun,
Məzarın and yeridir, adın hər qəlbdə naxış –
Şəhidim, əhsən sənə, hünərinə min alqış!
31.10.2021

XUDAFƏRİN KÖRPÜSÜ

Аy ulu dаş kitаbəm, gəcаvəm, tахtım mənim.
Bаkı-Təbriz biçimli könül pаytахtım mənim.
Vüsаlа həsrət qаlаn tаlеyim, bахtım mənim-
Şаhım, хаnım, sultаnım-Хudаfərin körpüsü.

Аrаzın sinəsində dаşlаşаn su sоnаsı,
Tаnrıyа şükrаnlıqdır аdının ilk mənаsı.
Vətənin iki qütbə pаrçаlаnmış dünyаsı-
Хəttim, imzаm, ünvаnım-Хudаfərin körpüsü.

Hər аşrımın su yоlu, hər tаğın bir möcüzə,
Qəzəbin mürgüləyən sivri uclu bir nizə.
Bilən yох, dаş dilində nələr deyirsən bizə-
Rəvаyətim, dаstаnım-Хudаfərin körpüsü.

“Gülüstаn”dа bоğulаn səsimsən-аvаzımsan,
“Türkmənçаy”dа sərhəddə çеvrilən Аrаzımsan.
Sаğаlmаyаn yаrаmsan, qаnlı аlın yаzımsan-
Vаrlığım, аnd-аmаnım-Хudаfərin körpüsü.
2012
SALAM, VİRAN QALMIŞ EVİM-EŞİYİM

(Bir vaxtlar Böyük Mərcanlıda ən azından görünüşü ilə çoxlarını məftun edən evimin xarabalıqları önündə düşüncələrim)
Salam, mənim viran qalmış evim-eşiyim,
Köksündəki “əl izləri” söylə yadınmı?
Yağmalanan künc-bucağın yuvam-beşiyim,
Ta yanına qayıtmışam, tanımadınmı?

Kim sökübdür tavanını, çarhovuzunu,
Susuzluqdan çat-çat olub dilin-dodağın.
Gizli-gizli sızlamısan illər uzunu,
Güllələrə tuş gəlibdir pöhrən, budağın.

Heç çatdımı qulağına səsim-harayım,
Səksəkəli gözlərindən yuxun qaçdımı?
Söylə hanı xartut, innab, ağ şanı... payım,
Məndən sonra çiçəklərin bir də açdımı?

Görən hanı aynabəndin, qapın, pəncərən,
Nə divarın yerindədir, nə də çardağın.
Heç oldumu əncirini, narını dərən,
Kol-kos basmış bağım-bağçam sənin gözdağın...

Yağıyamı qismət oldu dəmir darvazan,
Bu qapıdan adlamışdı neçə dost-tanış.
Oyaqdırsa qoy, eşitsin bəxtini yazan,
Ta susmağın yeri deyil, bir az din, danış.

De, budursa o zamankı yazı otağım,
Yandırılmış kitabların külü hanı bəs?
Nə qələmim yerindədir, nə də varağım,
Əlyazmamı soraqlayıb, gəzməyim əbəs!

Hər daşında qəlpə izi, barıt qoxusu,
Yağış kimi yağa biləm keşkə bir anlıq.
Qərib eldə hədər getdi ömrün çoxusu,
Bir də geri qayıdarmı görən, cavanlıq?..

Yolun-izin ürəyimin şah damarıydı,
Hardan gəldi bu ayrılıq, bu ölüm-itim?
Bir zamanlar burda keçən ömrüm yarıydı,
Ta bilmirəm yaşamağa varmı möhlətim...

Keçən-keçdi, olan oldu... nə deyim daha,
Nəfəsimlə isindinsə, təzədən sevin.
Gəl, birlikdə yönümüzü tutaq sabaha,
Düşmən bilsin öz sahibi varmış bu evin...
11.07.2021

PEYĞƏMBƏR ƏFƏNDIMIZ

Yeri-göyü nəqş edən Tanrımıza həmd olsun,
Səni bizə bəxş edən Tanrımıza həmd olsun!
Dirilik çeşməsidir köksün, Ya Rəsulallah,
Müqəddəsdir-əzizdir ismin, Ya Rəsulallah!

La İlahə İlləllah, Məhəmməd Rəsulallah,
Saf eşqinlə nur saçır kainat, Rəsulallah!
Salamlar olsun Sənə, Peyğəmbər Əfəndimiz,
Sevgisi çiçək kimi təzə-tər Əfəndimiz!

Salamlar olsun Sənə, məramın nə gözəldir,
Kəbən, Məkkən, Mədinən-kəlamın nə gözəldir!
Hamımız pay umuruq Sənin mərhəmətindən,
Qəlbimiz vəcdə gəlir ülvi məhəbbətindən!
13. 06.2013

TÜRKİYƏ-AZƏRBAYCAN

Bir-birinə bənzəyir
Əkiz qardaşlar kimi.
Tanınıblar ən əziz
Dostlar-sirdaşlar kimi.
Ləhcələri şipşirin,
Harda var belə sərvət?
Müdriklər yaxşı demiş-
“Bir millət, iki dövlət”!
Sən bir möcüzəyə bax,
Biri ürək, biri can-
Türkiyə-Azərbaycan!

Ay-ulduz nişanlıdır
Möhtəşəm bayraqları.
Şimşək kimi çaxıblar
Tapdananda haqları.
Ləkəsiz bir aynadır
Dənizləri, gölləri.
“Can” deyib, “can” eşidir
Obaları, elləri.
Dağları şah vüqarlı,
Həm sultandır, həm də xan-
Türkiyə-Azərbaycan!

Yenilməz dar ayaqda
Ərənləri, ərləri.
Şəhid ucalığından
Güc alıb zəfərləri.
Cavad xan, Məmməd Əmin,
Atatürk, Heydər adlı
Qibləgahları canlı.
Ulu tarixlərinin
Hər sətri, sözü şanlı.
Böyük türk dünyasının
Cismində dövr edən qan-
Türkiyə-Azərbaycan!

Düşmənə göz dağıdır
Şəhərləri, kəndləri.
Bir qala timsallıdır
Bərələri-bəndləri.
Əzəl gündən hər biri
Dosta-dostdur, yada-yad.
Keçmişləri şərəfli,
Çağdaş günləri abad.
Dar ayaqda yan-yana
Dayanıbdılar hər an-
Türkiyə-Azərbaycan.
fevral,2017

GƏLDİM

Dünyanın hər üzünə
Olmadm halı, gəldim.
Nə atlı, nə dəvəli,
Nə barxanalı gəldim.

Şaxtalı qışı gördüm,
Qarı-yağışı gördüm.
Eniş-yoxuşu gördüm,
Dolandım yalı, gəldim.

Təzə arzu-həvəsdim,
Yaşamağa tələsdim.
Zülmət qarşımı kəsdi,
Azmadım yolu, gəldim.

Üstümə yağanda daş,
Bildim nədir cəng-savaş.
Dünyaya əlləri boş,
Ürəyi dolu gəldim.
03.06.2020

SƏN NİYƏ QARŞIMA GEC ÇIXDIN, AXI

Anlaya bilmirəm bu necə işdi,
Köhnəmi, təzəmi gediş-gəlişdi?
De, adım indimi yadına düşdü –
Sən niyə gec çıxdın qarşıma, axı?

Bəlkə bir ağılsız hissə əsirsən,
Bəlkə sevilməyə çox tələsirsən...
Haqqım yoxdur deyəm kəmsən, kəsirsən –
Sən niyə gec çıxdın qarşıma, axı?

Nə ürək o ürək, nə yaş o yaşdı,
Bu sevgi özü də cəngdi-savaşdı.
Qəlbinmi hökm etdi, ağlınmı çaşdı –
Sən niyə gec çıxdın qarşıma, axı?

Bəxt könül oxşayan naxış deyil ki,
Məhəbbət bir anlıq yağış deyil ki.
Bu keçilməz səddi, yoxuş deyil ki –
Sən niyə gec çıxdın qarşıma, axı?

Bir sönmüş ocaqdır hər ölüm-itim,
Qəlbini sızlatmaq deyil niyyətim.
Bəlkə heç qalmayıb ömür möhlətim –
Sən niyə gec çıxdın qarşıma axı?
31.07.2021

SARI İLAN

Sənin daş çatladan zəhərin qatı,
Sənin “qardaşlığın” ən böyük yalan.
Bayağı fəlsəfən, “toyun-büsatın”
Ta düşüb gözümdən, ay sarı ilan.

Məni illər boyu dilsiz sanmısan,
Sağalmaz yaramın kökü dərində.
Yurdumu-yuvamı viran qoymusan,
Həsrətim göyərib Xudafərində.

Tarixdə “Gülüstan” harayım durur,
Qoluma vurduğun kölə qandalı.
Qəlbimdə inləyir mürgülü qürur,
Mənim taleyimdən çoxları halı...

Sən mənə nə verdin yüz altmış ildə,
Sızlayır hələ də “Türkmənçay” yaram.
Yersiz gəlişinlə bu qədim eldə,
Halal ruzumuzu eylədin haram.

İllərlə göz yaşım qəlbimə axdı,
Kim deyir ələmim, müsibətim az?
Tikanlı məftillər keçilməz dağdı,
Əlimi uzatsam Araza çatmaz.

Tapdadın haqqımı, susub ləngidim,
Talanan torpağım dişində şirə.
Sərhəd dirəklərin qanlı süngüdü,
Bütöv ürəyimi bölüb min yerə...

Cavab ver, a qansız, tarixim hanı,
Mən sənə amansız cəllad deyirəm.
Oxuya bilmirəm öz əlifbamı,
Sənin “kirilinlə” höccələyirəm.

Baxdın millətimə üstdən aşağı,
Dilim açılıbsa, mən necə susum?
İtib gəlişinlə dinim-imanım,
Qılınctək paslanıb qında namusum.

Suyum çirkab dadır, torpağım zəlil,
Bu yurd qayıdarmı bir də özünə?
Sənin “qardaşlığın” budur, yaxşı bil,
Durub kül üfürmə mənim gözümə.

Kim xeyir görüb ki, səndən həyatda,
Dişinlə didməyə məni hazırsan.
Gözümü bağlayıb, ayağım altda
Zorinin əliylə quyu qazırsan.

Sənin hər addımın tələymiş, tələ,
Çütük fəlsəfəndən leş iyi gəlir.
Bir vaxtlar yaxamı keçirdin ələ,
İndi də hay-küyün beynimi dəlir...

Sənin “qardaşlığın” zəhərdən betər,
Aldığın nəfəs də ən böyük yalan.
Xalqıma “böyüklük” etdiyin yetər,
Çəkil torpağımdan, ay sarı ilan!
noyabr, 1988

NECƏ DEYİM

Mənmi suçlu, sənmi haqlı,
Bu sual bir az maraqlı.
Hardaydın sevgi soraqlı
Evimiz tikilən vaxtı?

Nəyin əskik idi, nəyin
Sızladımı heç ürəyin?
Qeyb oldun gülün-çiçəyin
Yazağzı əkilən vaxtı.

Rəngi solanda üzümün,
Qar yağdı üstə izimin.
Gəlib çıxmadın, gözümün
Yollara dikilən vaxtı...

Dilimdən düşmədi adın,
Nəyə gərəkmiş inadın?
Sütunum-tağım olmadın,
Belimin bükülən vaxtı.

Sən idin arzum-diləyim,
Dilimdən düşmür gileyim.
Bilmirəm sənə nə deyim,
Dişimin tökülən vaxtı...

İtən səsim-ünüm idi,
Dərd “uzunum-enim” idi.
Mənim ölən günüm idi,
Sən qeybə çəkilən vaxtı...

BİR ŞАİR YАŞАYIR MİNGƏÇЕVİRDƏ

Qаlmаyıb hеç nəyi dünyа vаrındаn,
Nə vахtdır dаnışıb-dinmir аrındаn.
Özünə dаm tikib аrzulаrındаn,
Bir şаir yаşаyır Mingəçеvirdə.

Ölsə də hаrdаsа bir gün аcındаn,
Söz аçmаz dərdindən, еhtiyаcındаn.
Dünyаyа nur yаğаr bəyаz sаçındаn,
Bir şаir yаşаyır Mingəçеvirdə.

Kövrək sinəsində çаrpаz dаğı vаr,
Bəхtinin dаn üzü, qürub çаğı vаr.
Tаnrıdаn mərhəmət umаcаğı vаr,
Bir şаir yаşаyır Mingəçеvirdə.

Ələmdən-nisgildən gur оcаq çаtır,
Şеriylə оvunub, bаşını qаtır.
Аğrı-аcısınа bürünüb yаtır,
Bir şаir yаşаyır Mingəçеvirdə.

Kürü Аrаz bilir, Bоzdаğı Diri
Qаlıb Cəbrаyıldа qibləsi, piri.
Sızlаyа-sızlаyа nə vахtdаn bəri,
Bir şаir yаşаyır Mingəçеvirdə.
nоyаbr, 1995

Mingəçevir şəhəri

Xudaferin.eu

12:39