İtaliya Deputatlar Palatasında Azərbaycan həqiqətləri təbliğ edilib
Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və komitənin üzvü, həmçinin Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli Romada İtaliya parlamentinin aşağı palatası olan Deputatlar Palatasının Xarici əlaqələr və icma komissiyasının sədri Culio Tremonti və komissiyanın üzvü Cianciakomo Kalovini ilə görüşüblər.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, S.Seyidov səfər çərçivəsində İtaliya Senatının Avropa İttifaqı siyasəti komissiyasında səmərəli görüş keçirdiyini qeyd edib. Komitə sədri 30 il əvvəl Azərbaycanın ərazisinin 20 faizinin işğal olunduğunu, bir milyon azərbaycanlının ermənilər tərəfindən etnik təmizləməyə məruz qaldığını deyib. Bildirilib ki, buna baxmayaraq, ölkəmiz məsələni hər zaman sülh yolu ilə həll etməyə çalışıb, lakin Ermənistan torpaqlarımızı qaytarmaq istəməyib. Buna görə də Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsi və son antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüz bərpa olunub.
“Biz sülh barədə düşünürük, regionda sülhün bərqərar olacağına, bölgənin sülh şəraitində daha da inkişaf edəcəyinə inanırıq. Ermənilərin Qarabağı tərk etmələrinə təəssüflənirik. Əfsuslar olsun ki, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərə görə erməni tərəfi heç vaxt təəssüf hissi keçirməyib. Ermənilərin beyinlərini 30 il müddətində azərbaycanlılarla “birgə yaşaya bilmərik” təbliğatı ilə zəhərləyiblər”, - deyə S.Seyidov qeyd edib. O, Azərbaycana qarşı “etnik təmizləmə” iddiasının əsassız olduğunu, əslində, işğal dövründə azərbaycanlıların ermənilər tərəfindən etnik təmizləməyə məruz qaldıqlarını söyləyib.
S.Seyidov Ermənistanın müraciəti əsasında Beynəlxalq Ədalət Məhkəməsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğvi (Ermənistan Azərbaycana qarşı) haqqında ictimai dinləmələr zamanı Azərbaycan tərəfinin Qarabağın erməni sakinlərinə humanitar yardım göstərdiyini, onların mədəni və sosial hüquqlarının təmin olunacağını əvvəlcədən bəyan etdiyini vurğulayıb. Komitə sədri qarşı tərəfə, həmçinin antiterror tədbirləri nəticəsində Qarabağda ermənilərdən müsadirə olunmuş silahlar, eləcə də erməni sakinlərə göstərilən humanitar yardımlar barədə məlumat verib.
Görüşdə Azər Kərimli regionda sülhün bərqərar olmasına maneə yaradan Fransanın destruktiv mövqeyinin qəbuledilməz olduğunu vurğulayıb. Fransanın zərərli təşəbbüslərlə regiona əsassız müdaxiləsinin Azərbaycan tərəfindən təklif olunan sülh gündəliyinə və Avropa İttifaqının vasitəçilik missiyasına xələl gətirdiyi qeyd edilib.
C.Tremonti parlamentlərarası əlaqələrin önəminə diqqət çəkərək, regionda sülh və sabitliyin təmin edilməsi üçün bu istiqamətdə də səylərin göstərilməsinin faydalı olacağını bildirib.
Milli Məclisin nümayəndə heyəti, həmçinin Avropa Şurası Parlament Assambleyasında İtaliya nümayəndə heyətinin rəhbəri Elizabetta Qardini ilə də görüş keçirib. Görüşdə AŞPA çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Nihad Budaqov
Xudaferin.eu
14:25
Digər xəbərlər