Köləliyin düşməni...

Bu gün Elçi Bəyin - köləliyə düşmüş millətinə azadlıq yolu göstərən Türk bozqurdlarından birinin ad günüdür.
Azərbaycanın azadlıq uğrunda mübarizə tarixinə damğa vurmuş adın mübarək olsun, Bəy!
Sən təkcə Rəsulzadə öndərliyində millətimizin qurduğu Cümhuriyyəti bərpa etmədin. Təkcə ölüm-dirim savaşında üç rəngli bayrağımızı öz əlinlə eski yerinə sancmadın. Həm də qatil və quduz rus işğalının güllələdiyi BƏY adını... adımızı bərpa etdin.
Bəyliyi əskik olanların hələ də ürpəndiyi BƏY sözünün VƏTƏN, ANA sözü ilə həmməna olduğunu isbat etdin.
Sən Rəsulzadə adını könüllərə, cümhuriyyətçilik tarixini kitablara qaytardın...
Sən şərəfli Bəy babalarımızın ruhunu şad etdin...
Sən gözü, könlü tox olmağın...
Fəda olmağın...
BƏY olmağın... ən yeni dərsliyini yazdın...

Sənə, silahdaşlarına, öndərliyində durduğun o möhtəşəm xalq hərəkatına görə bu gün bu Vətəndə Cümhuriyyət irsi olan Azərbaycan Respublikası var, üç rəngli bayraq var, Rəsulzadə adı, Bəy adı var...

Adınla savaşanlar belə bilirlər ki mübarək adın yaşarıdır...
Xidmətlərin ölçüyə gəlməz, ey milli mübarizə tariximizin baş qəhrəmanı... Elçi Bəy...
Ruhun şad olsun...

Mehriban Vəzir
Xudaferin.eu

18:49