Əlcəzairin “Əl Hərir” portalında Şuşa haqqında məqalə yayımlanıb

Əlcəzairin “Əl Hərir” portalında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri haqqında məqalə yayımlanıb.

Xudaferin.eu AZƏRTAC-a istinadən  xəbər verir ki, jurnalist Əli Zülfüqaroğlunun müəllifi olduğu “Şuşa Qarabağın azadlığının rəmzidir” sərlövhəli yazıda azərbaycanlı jurnalistlərin işğaldan azad olunmuş Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlar yer alıb. Müəllif qeyd edib ki, 30 il əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən bu qədim Azərbaycan şəhərinin zəbt edilməsi hər bir vətəndaşın ürəyində sızlayan bir yara olub və Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il noyabrın 8-də mədəniyyət paytaxtımızın işğaldan azad olunmasını bəyan etməsi insanlara xoşbəxtlik bəxş edib.

Fotoşəkillərlə birlikdə ərəbdilli oxuculara təqdim olunmuş məqalədə jurnalistlərin Cıdır düzü, Molla Pənah Vaqifin Məqbərəsi, Prezident İlham Əliyevin tapşırığı ilə Heydər Əliyev Fondu tərəfindən bərpa olunmuş Gövhərağa məscidi, Şuşa qalası ilə bağlı təəssüratları yer alıb, həmçinin ermənilərin İslam mədəniyyəti abidələrini dağıtmasından bəhs edilib.

Oqtay Bayramov

Xudaferin.eu

13:18