Lehistanda yaşayan soydaşlarımız paytaxtı Varşavada Azərbaycan Ordusuna dəstək aksiyası keçirib

Lehistanda yaşayan soydaşlarımız paytaxtı Varşavada Azərbaycan Ordusuna dəstək aksiyası keçirmişdir.

Nümayişlər Lehistanda paytaxtı Varşavada Azərbaycan səfirliyinin qarşısındadır.

Aksiyada “Qarabağ”, “Qarabağ bizimdir, bizim olacaq”, “Şəhidlər ölməz – Vətən bölünməz”, “Azərbaycan bir olsun, istəməyən kor olsun” şüarları səsləndirilib.

Məlumata görə, həmyerlilərimiz bir qrup erməninin Azərbaycan səfirliyinə qarşı təxribatına cavab olaraq toplaşıb.

Bildirilir ki, nümayişdə 200-dən çox azərbaycanlı iştirak edib.

xudaferin.eu

19:32