Matəm günü ilə əlaqədar Azərbaycanın Qazaxıstandakı səfirliyindəki bayrağımız endirilib

Ümummilli Matəm Günü ilə əlaqədar Azərbaycanın Qazaxıstandakı səfirliyindəki bayrağımız endirilib.

Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, səfirlik feysbuk səhifəsində Qazaxıstanda Ümummilli Matəm Günü ilə əlaqədar ölkənin bir sıra bölgələrində faciəvi hadisələrdə həyatlarını itirən insanların ailələrinə və yaxınlarına, qardaş qazax xalqına başsağlığı verib, Qazaxıstana sülh, sabitlik, əmin-amanlıq və rifah arzulayıb.

Xatırladaq ki, ölkənin bir sıra bölgələrində çoxsaylı insan itkiləri ilə nəticələnən faciəvi hadisələrlə əlaqədar yanvarın 10-u Qazaxıstanda Ümummilli Matəm Günü elan edilib.

İlahə Əhmədova
Xudaferin.eu

13:14