Mehriban Vəzir yazır…

Əmir Temur Çin səfərindən öncə arxa düşərgəni zəiflətmək üçün Ankaraya yürüdü, savaşdı, qazandı, Sultan Yıdırım Bəyazidi əsir aldı. 
Böyük Əmir, gerçək bir BÖYÜK ADAM olduğundan əsiri ilə sultanlara layiq davranıb süfrəsinin başında oturtdu. 
Və tarixə düşmüş sözlər dedi:

"SƏN KORUN, MƏN TOPALIN ƏLİNDƏ QALIB DÜNYA" 

Əlbəttə, yeddi cəddləri ilə əmi oğlu olan Osmanlıların (türkmən tayfasıdır) və Barlasların (Temurun boyudur) - iki türk dövlətinin savaşması - Habil-Qabil olaylarını nəzərə alarsaq - təbii idi. 
Çünkü Qoca Dünya...
MÖHTƏŞƏM KOR`a və DAHİ TOPAL`a dar gəlirdi. 

(bu arada qeyd edim, Əmir Temurun "ALLAHIN QULU" imzası ilə Bəyazidə yazdığı məktublar və aldığı cavablar var, rastınıza çıxsa oxuyun, unikal deyişmədir)

Və bilirsinz... dünya var olandan TƏK ƏL iddiası akrabalıkdan da, soydaşlıqdan da, dindaşlıqdan da, hətta qardaşlıqdan da irəlidə olub... olacaq. 

Lakin Dünya... 
Bəlkə də  heç zaman... 
özünü İsa Məsih sayan...
kraliyət şəcərəsi 1000 ili aşan
kral qarşısında özünə kral deyən…
gündə 12 tvit atan, 
səhər dediyi ilə axşam dediyi tutmayan, 
Zəngəzura, Hürmüzə adını vermək iddiasında olacaq qədər sarsaq (və hiyləgər) adamın əlində əsir-yesir olmamışdı.

Əlbəttə, düzünü Allah bilir...

 

 

13:38