MİLLİ BİRLİK ZAMANIDIR !

HAQQ ƏDALƏT PARTİYASININ BƏYANATI !

Azərbaycan ekoloqları və Qeyri - Hökümət Təşkilatlarının ( QHT ) üzvüləri Laçın -- Xankəndi dəhlizində etiraz mitinqi keçirir . Buna səbəb
İkinci Qarabağ müharibəsinin dayandırılmasından 2 ( iki ) il keçməsinə baxmayaraq Rusiya " SÜLHMƏRAMLILARININ " havadarlığına söykənən ermənilərin Azərbaycan Xalqının təbii sərvətlərini daşıyıb aparmaqda davam etməsidir .
Ruslar tərəfindən Xankəndində və Qarabağın diğər bölğələrində yerləşdirilən separatçılar oralarda özbaşınalıq edirlər . Bütün dünya bilir ki , ermənilərə bu cürəti vərən "" RUS SÜLHMƏRAMLILARIDIR "". Rusiya təkcə Cənubi Qafqazda deyil , bütün dünyada pozuculuqla məşğuldur .
Eqoist , şovinist , heğomonçuluq ambisiyaları onları UKRAYNADA çıxılmaz bataqlığa salıb .
Hadisələr elə cərəyan edir ki , RUSLARIN RESURS VƏ İMKANLARI getdikcə azalır .
Bütün bu reallıqlara baxmayaraq onlar ( ruslar ) yenə mümkün və müxtəlif bəhanələrlə çalışırlar ki , Cənubi Qafqazda qalıb öz hikkə və iradələrini diktə etsinlər .
Rusuyanı idarə edən siyasətçiıərin və harınlamış generalların ambisiyaları dünyanın bir çox , eləcə də Rusiya Fedarasiyasının öz ərazisində yaşayan xalqların başına bəla olub .
Bir tərəfdən də İRAN , FRANSA və bir çox imperslist dövlətlərin gözü bölgəmizdadir . Yəni , başımlz üzərində qara buludlar dolaşmaqda davam edir .
Bizi özlərinin əli altında və tabeliyində görmək istəyən dövlərlərin və güclərin maraqları ölkəmizdə üst - üstə düşür . Bu gerçəkliyi nəzərə almalı və Respublikamıza YÖNƏLƏN TƏHLÜKƏNİN CİDDİLİYİNİ bir an unutmamalıyıq .
Azərbaycan tərəfindən Ermənistsna təklif olunan 5 prinsip dünya ictimayyətinə məlumdur .
Üzdə Ermənistan tərəfi də bu prinsiplərə etiraz etmir . Lakin kənar güclər ( Rusiya , Fransa , İran və s . )
Azərbaycanla Ermənistan arasında ƏDALƏTLİ SÜLH MÜQAVİLƏSİNİN bağlanmasına mane olurlar .
Respublikamızın inkişafını istəməyən xarici dövlətlər , qüvvələr məlumdur .
Acınacaqlı hal odur ki , ölkə daxilində mövcud olan və şərti olaraq " 5 - ci kolon " adlandırılan qüvvələrin və bəzi siyasi partiya liderlərinin mövqeyi təsüf doğurur . Onların himayəsində olan KİV - nin , blogerlərin düşmən tərəfə " PAS " ötürən çıxışları
döyüşdə arxadan vurulan zərbəyə bənzəyir .
HAQQ ƏDALƏT PARTİYASI bölgəmizdə əmin amanlığın , sülhün bərqərar olmasını tezləşdirmək üçün CƏMİYYƏTİMİZİN bütün təbəqələrini dialoqa dəvət edir və belə həssas mərhələdə ölkə vətəndaşlarını DÖVLƏTÇİLİYİ QORUMAQ NAMİNƏ BİRLİYƏ SƏSLƏYİR .

HƏP Siyasət şöbəsinin rəhbəri : Qəvami Sadıqbəyli .

Xudaferin.eu

21:35