Monteneqro parlamentinin sədri: Bakıda bir araya toplaşmağımız təqdirəlayiqdir

Azərbaycanın paytaxtı olan Bakıda çıxış etməkdən qürur duyuram. Çox şadam ki, burada sizinlə çox mühüm məsələləri müzakirə edirəm. Bir araya toplaşmağımız təqdirəlayiqdir.

​Xudaferin.eu AZƏRTAC -a istinadən xəbər verir ki, bu sözləri Monteneqro parlamentinin sədri Daniela Djuroviç mayın 22-də Bakıda keçirilən “Yaşıl iqtisadiyyat, nəqliyyat əlaqələndirilməsi və dayanıqlı inkişaf vasitəsilə təhlükəsizlik və sabitliyin təşviqində milli parlamentlərin rolu” mövzusunda konfransda çıxışı zamanı deyib.

O qeyd edib ki, hər gün planetlərimizin təbii sərvətlərini bəxşiş olaraq görməli və bu sərvətlərin gələcək nəsillərə çatdırılması üçün xüsusi addımlar atmalıyıq.

“Bir neçə gün ərzində çox gözəl fürsətimiz olacaq ki, ekoloji və iqtisadi sahədə əməkdaşlıq məsələlərini müzakirə edək. Məlumdur ki, artıq dünyamız çoxsaylı və qarşılıqlı problemlərlə üzləşir. Bunlar arasında qlobal, ekoloji, nəqliyyat-infrastruktur və sosial bərabərsizlik kimi məsələlər var”, - deyə Daniela Djuroviç vurğulayıb.

Xudaferin.eu

16:31