Müdafiə Nazirliyi: Ordumuza məxsus PUA-nın guya Ermənistan ərazisinə keçməsinə dair məlumat qarşı tərəfin növbəti yalanıdır

Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatının (PUA) guya Ermənistan ərazisinə keçməsinin qarşısını alınması barədə yayılan məlumat qarşı tərəfin növbəti yalanıdır və dezinformasiya xarakteri daşıyır.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat veriblər.

“Həmin istiqamətdə pilotsuz uçuş aparatları havaya qaldırılmayıb və istifadə olunmayıb. Ermənistan tərəfi belə məlumatlar yaymaqla mövqelərimizi atəşə tutmaq kimi təxribatlarını ört-basdır etməyə və ictimaiyyəti aldatmağa çalışır.

Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.

Xudaferin.eu

16:10