Müşfiq sadəcə şair deyildi - O, xalqının ağrısını öz ürəyindən keçirib sözə çevirən böyük bir dahi idi.
Bu nə yoldur, daşnaq yolu…
Mikayıl Müşfiqin bu misralarında təkcə bir şairin ağrısı yox, xalqın yaddaşına hopmuş böyük bir faciənin səsidir.
Hər misra qanlı keçmişin izini, hər bənd isə itirilmiş insanların naləsini xatırladır...
Bu nə yoldur, daşnaq yolu…
Hər dərəsi qanla dolu,
Nə acıdır bunun adı.
O dənizdən bu dənizə
Deyib çıxdı sinəmizə,
Bir tapdadı, bir doğradı.
Orda dəhşət, burda vəhşət,
Əlində baş, dişində ət,
Nə bağ qaldı, nə də bağban.
Qurşun, ölüm, atəş, duman
Yaxamızı parçaladı.
Bilən bilir, bu zülmətə,
Bu uğursuz fəlakətə
Kim əl çaldı, kim ağladı…
Bir millətin faciəsini qanı bahasına bundan artıq neçə izah etmək olar?...
Ancaq bizə “Henger Hayastan” oxumaqla başımızın altına yasdıq qoyardılar...
Yeni ailə quran övladlarımızı, komsomola qəbul olunan gənclərimizi aparıb Şaumyanın və millətimizin digər qatillərinin məzarları üstündə sədaqət andı içdirirdilər...
Öz xalqının qanına əli bulaşmış qatillərin məzarı önündə...
Nə qədər acı və alçaldıcı bir mənzərə İlahi!
Amma daha acısınacaqlı budur ki, işğalçıların bu əməllərinə və təbliğatına etiraz etmədən qul kimi əməl edərdik.
Hələ bu gündə Azərbaycanda Sovet işğalçılarını arzulayanlar tapılır...
Biz özümüz də bəzən özümüzə düşmən kəsildik. Bizi bölgələrə, tayfalara bölüb asan idarə edən imperiyalislərə, biri-birimizə nifrət edərək qul kimi xidmət elədik...
Yadellilərə özümüz şərait yaratdıq ki, bizə tariximizi unutdursunlar.
Öz qəhrəmanlarımızı kölgədə saxladıq, yada heç tanınadıq. İşğalçıların bizə qarşı törədilənləri cinayətləri elə özümüz ört-basdır etdik. Hətta bir zamanlar bizi əzən ideologiyanın şüarları dilimizdə əzbər oldu..
Yalamada 300–350 qeyrətli və cəsatli azərbaycanlı əsgərləri, 1920-ci il aprelin 27-dən 28-nə keçən gecə Azərbaycan Xalq Cümhuriyyətinin şimal sərhədlərini qorumaq üçün 70 minlik Rusiyanın işğalçı XI Qırmızı Ordusuna qarşı son nəfərinə kimi döyüşərək qərəmancasına şəhid oldular.
Aman Allah- biz O, qəhrəmanlarin bir məfərinin belə adını bilmirik. Dəhşət…
Axxxx… Biz nə qədər unutqan, sadəlövh millətik, İlahi!
İndi bunları bilə-bilə hələ də susuruqsa, bu artıq sadəlövhlük deyil - öz tariximizə qarşı məsuliyyətsizlikdir!
Bəs nə vaxt ayılacağıq?
Nə vaxt başa düşəcəyik ki, xalqın yaddaşını oğurlayanlar onun gələcəyini də oğurlayırlar.
Xəcalət çəkməliyikmi? Bəli!
Amma təkcə xəcalət çəkmək azdır. Tariximizi bilməli, yalanı yalandan, qatili qəhrəmandan ayırmağı bacarmalıyıq!
Çünki bir millətin ən böyük faciəsi torpağını itirməsi deyil, Milli Dövlətçiliyini və Müstəqilliyini itirməsidir!
... Və ən böyük faciələrdən biri də özünə qarşı törədilən cinayətləri unutmaq və bir gün öz qatillərinin heykəllərinə əklil qoymasıdır...
Əziz Müfiq!
Ruhun önündə baş əyərək söz veririk!
Biz daha heç bir yadellinin yazdığı tarixə inanmayacağıq!
Öz tariximizi özümüz yazacağıq.
Dövlətimizi heç bir yadellilərə etibar etmədən, özümüz qoruyacağıq!!!
And içirirk müşfiqlərin, sabirlərin, üzeyirlərin, cəlillərin ruhuna!
And içirik Qurucu Babalarımızın qaldırdıqları üç rəngli Bayrağa!!!
Müşfiqin ev muzeyində acı düşüncələr...

Elman Mustafazade
Xudaferin.eu
14:12