Müvəkkil Hüquq Mərkəzindən önəmli BƏYANAT

Müvəkkil Hüquq Mərkəzi Norveçdə yaşayan soydaşımıza yönəlik təhdidlər bağlı bəyanat yayıb.
Xudaferin.eu Kanal32.az-a istinadən həmin BƏYANATIN mətnini təqdim edir:

Norveçdə yaşayan Azərbaycan əsilli norveç vətəndaşı CAN təşkilatının rəhbəri Servin Nəcəfpurun Qarabağla bağlı Azərbaycan həqiqətlərini dünyaya çadırmasına qarşı erməni lobbisi tərəfindən təhdid edilməsini qəti şəkildə pisləyirik. Bu Servin Nəcəfpurun fəaliyyətinə qarşı davamlı həyata keçirilən təhdidlər seriyasındandır.
Belə ki, 44 günlük müqəddəs Vətən müharibəsi dönəmində CAN təşkilatı Norveç mətbuatında məqalələr dərc etdirməklə, Qarabağ müharibəsinə dəstək məqsədi ilə aksiyalar təşkil edərək həmçinin Oslo şəhərində Qarabağ həqiqətləri barədə məlumat verən 200 bilbord quraşdırmaqla Azərbaycana böyük dəstək vermişdir. Onun bu fəaliyyəti Norveçdəki erməni lobbisini təşvişə salmışdır. Ermənilər S.Nəcəfpur haqqında iftra və qaryaxmalar dolu bir neçə məqalə derc etmişdir. Bundan başqa onun təmsil olunduğu Mühafizəkərlar Partiyasından təcili uzaqlaşdırılması üçün çağrışlar edilməkdədir.
Azərbaycan və Türkiyə diaspora təşkilatları dövlət qurumlarını həmçinin hər iki dövlətin diplomatik korpusunun əməkdaşlarını soyadşımız Servin Nəcəfpura qarşı yönəlmiş təhdidləri aradan qaldırmaq üçün birgə fəaliyyətə çağırırıq.

Müvəkkil Hüquq Mərkəzinin
sədri Səməd Vəkilov

Xudaferin.eu

20:51