"NATSİYA BAKİNTSI"

Qurbət tariximizin acı səhifələrindən kiçik, fəqət üzücü, utancverici və unudulmaz bir xatirə...

Sənə 1990-1992-ci  illərdi...

Tarixi vətənimiz Azərbaycana qarşı təpədən dırnağacan silahlanmış rus və erməni birlikləri  silahsız-sursatsız ədalətsiz müharibə aparır, Avropanın kütləvi informasiya vasitələrində isə Azərbaycana qarşı güclü təbliğat gedir. 

Ən acınacaqlı vəziyyət ondan ibarətdir ki, bu təbliğatda özlərini "Natsiya Bakintsı" adlandıran, güya azərbaycanlılar olan "sülh mələkləri"  düşmən sıralarında millətimizə qarşı bölücülük təbliğatı aparırlar...

Əsasəndə Berlin, Praqa, Belastok və Avropanın digər böyük şəhərlərdə, "'Natsiya Bakintsı"adi altında düşmən ölkələr tərəfindən bizə qarşı cəmiyyətlər və qruplar yaradıb bizi vəhşi qələmə verib milli-mənəvi və mədəniyyətimizə nə qədər zərbə buyurdular...  Bunun qarşısını almaq müşkülə çevrilmişdir...

Özlərini "Bakı əsilli şəhərli" sayan, əslində isə əksəriyyəti qeyri-türk millətlərindən ibarət olan bu dəstələrin əsas tərkib hissələri Bakı ermənilərindən, erməni qarışıq azərbaycanlılar və vaxtıyla Bakıda doğulub böyüyən və Azərbaycan müstəqlliyini qəbul etməyən digər etniklərdən ibarət idi. 

Çox təssüflər olsun ki, aralarında özünə "'Natsiya Bakintsı" deyib mankurtlaşmış və rusdilli azərbaycanlılar, Bakı ətrafı kəndçilər də kifayət qədər idi...

1992-ci ildə  Avropada yaşayan, Azərbaycanın təssübünü çəkın və Azərbaycanı özünə ana bilən yurddaşlarla, "'Natsiya Bakintsi'lər arasında böyük bir savaş başladı... 

Bu özlərini "'Natsiya Bakintsi' adlandırıb ermənilərin lehinə, Azərbaycanın əlehinə hər yerdə təbliğat aparanlara qarşı mübarizədə, onların saxta simalarını üzə çıxarıb fəaliyyətlərini dayandırmağa nail olan mübariz soydaşlarımızdan kənarda qala bilməzdim... Hətta birneçə qeyrətli soydaşlarımız bu hadisələrdə uzunmüddətli həpsxana həyatı yaşamalı oldular..

Təssüflər olsun ki, məni də bu mübarizənin ideoloqu kimi ittiham edənlər, müvafiq orqanlara şikayət edənlər də kifayət qədər idi...

Əslində bu qürbətdə yaşayan, dinindən, irqindən asılı olmayaraq bütün qeyrətli azərbaycanlıların birgə qəzəbi, mübarizəsi və qələnəsi idi...

Qəribədir bütün millələrin yaşadıqları Tiflis, Moskva, Leninqrad yox, nədənsə məhz 80 faizi türklərdən ibarət olan yalnız Bakı "'Natsiya Bakintsi' adlanır...

Bu ifadənin arxasında çoxxx açılmamış sirlər və mətləblər gizlənir...

Təssüflər olsun ki, hələdə bir çox cəmiyyət və təşkilatlara soxulcan kimi soxulub separat fəaliyyətlərini gizli davam etdirən "Natsiya Bakintsı" lər mövcuddur...

İndi Avropada hər bir sahədə soydaşlarımızın qanun çərçivəsində uğurla fəaliyyətlərini görüb qürur hissi keçirməmək mümkün deyil. 

Geriyə baxanda isə, bu uğurlara nail olmaq üçün nəqədər əzablı, stressli aylar, illər, günlər yaşadığımızı xatırlayıram...

Ancaq hər yerdə diqqətli, ayıq-sayıq olun, bu problem hələdə aktuallığını itirməyib... 

Yatanda fil qulağında yatmayın, unutmayın ki, düşmən həmişə oyaqdı...

Bax beləcə buda qürbət həyatımın acıli, şirinli səhifəsindən bir xatirədir...

Elman Mustafazade
24 iyun 2014-cü il, Amsterdam

Xudaferin.eu

12:05