Tərbizili Tərbiz, Bakılı Bakı deyir, görən nədən oraya “Təbriz” (farsca qızdırmatökən), “Badükübə” (farsca köləkdöyən) demek istiyənlər var!?
Yer adları (toponimlər) yalnızca sıradan adlar deyillər. Onlar birər budunsal (milli) tarix, coğrafiya, ekindirlər! Bu açıdan onları unutduğumuzda bütün bu niteliklərini itirirlər. Tərbiz sözü əski bir Qıpçaq boyunun adıdır. Biriləri onun kökünü Qıpçaqca Taraviz (Dağarası) olaraq verirlər. Məncə bu kökən bilgisi açıq biçimdə bir varsayımdır. Bu varsayımçılıqla bütün sözləri istənliən dilə bağlamaq olar. Farsca ora Təbriz demək də bu kimi bir uyduruq öyküyə bağladılar (Təbriz, xəlifə Harun Rəşidin arvadı Züleyxa ilə ilgili nağılla bağlıdır). Bu ərəb nağılı çoxlarına bəllidir. Ancaq, bölgənin ən doğru adını elə bu gün də Tərbizlə çevrəsi doğru olaraq TƏRBİZ deyir. Bizdə əskidən bəri qulaqdan qulağa duyumlarla, son 3-4 yüz ildə yazılan siyasal tarixlərə aldanaraq özmüzü özgələşdirmişik. Belə yer adlarını Türkcə üzərindən deyil, farsca, sonra da ərəbcə üzərindən yorumlamağa alşmışıq. Bu açıdan da 5 min illik tarixi olan Tərbiz kimi bir şəhərə ərəb arvadının, verdiyi fars ada yenik düşmüşük. Bunu da kopiyaçı sözdə dilçilər, tarixçilər bizə aşılamışlar. Bu açıdan dünən bir siyasal sözcük olan azəri sözü, bu gün kopiyaçıların dırnaqarası bilimsəl dartışma qonusu omuşdur.
Kimsə də demir, gedin bir o ad qoyuduqlarınızdan gerçək adlarını sorun. Bu gün də Güney Azərbaycan, Quzey Azərabycan belə yanlış bilgilərə boyun əymişlər. Sözsüz Tərbiz yer adı da bir sürə egemən yazı dili olan farsca üzərindən yorumlandığı üçün “Təbriz” olaraq yazılıb, deyilməyə başlanmışdır. Ancaq bu yanlışa Tərbizlə çevrəsi neçə yüz ildir yenə Tərbiz deməklə dirənir. Yaxşı olar Təbriz deyənlər, gedib Tərbizlə çevrəsindən gerçəyi öyrənə bilərlər. Mirzə Cəlillə çevrəsi birilərinin vurğun olduğu fars qəzəl, qəsidəsinə; "tiryaki, uşaqbaz..." yazını deyirdilər. Umaram bu yazına uyuşanlar sayrılıqlarından dönüb, Tərbizi doğru dilə gətirər, ondan alınan Türk kimliyi geri verərlər. Nə yaxşı Əli Əmiri DLT itib batmadan qurtardı, biz oradan Bakının Dağüstü yer anlamında olduğunu öyrəndik. Yoxsa Səfəvilərdən sonra ağulanan beyinlər Bakıxanovlar təkin oranın adını da qondarma biçimdə “BADKÜBƏ” olaraq beynimizə açılıyacaqdılar.
Prof. Qulamhüseyn Bəydili bir qaynağa (qayanağı unutmuşam) dayanaraq, Güney Azərbaycanda Makı şəhərinin də Dağarası anlamında olduğunu yazırdı. Demək Bakının ekizi də Makıdır. Biz bunları unudursaq, bunları özglərə verirsək, onda kökü tarixdə olmayan azəri sözünə bizi dirədərlər.
Tərbizə Tərbiz, Bakıya Bakı demək gerçək bir budunsal tarixin yansımasıdır. Bunu etməzsək, bizi Azərbaycanın dünkü qonağı edərlər...
Unutmayaq, bu gün Quzeydə Kəpəz sözünün anlamını beş üç, DLT oxuyan dışında kimsə bilməz. Çün, Ffrsca pambıq sözünü öyrənmiş, Türkcəsini öldürmüşük. Eləcə də Bakının yaxınlığında Güzdək deyilən yer anlamını farsca payızı öyrənib, Türkcə Güzü unutmuşuq. Bu açıdan ölkəmiz, dilimizə yağı durumuna düşürülmüş!
Mən kəsinliklə varsayımçıl deyil, sömürücülüyün ilkələrindən olan siyasal tarixdən uzaq, bilimsəl tarix yanlısıyam.
Nədən oraya “Təbriz” (farsca qızdırmatökən), “Badükübə” (farsca köləkdöyən) demek istiyənlər var!?

13:37