Niderlandda terror həyəcanı, ölən var

Niderlandın Utrext şəhərində atışma baş verib.

Xudaferin.eu-nun məlumatına görə, hadisə nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb.

Silahlı insidentin tramvay dayanacağı yaxınlığında baş verdiyi bildirilir.

“Dutch News” şahidlərə istinadən bildirir ki, kimliyi bəlli olmayan bir kişi birdən-birə kortəbii  şəkildə ətrafa atəş açmağa başlayıb. 

Hüquq mühafizə orqanlarının rəsmiləri bunun terrorçu tərəfindən həyata keçirilən silahlı hücum olduğunu istisna etmir.

Xudaferin.eu

18:26