Nizami Cəfərov: Zəngəzur dəhlizi türk dövlətləri arasında əlaqələrin daha da dərinləşdirilməsində mühüm rol oynayacaq

Türk dünyasının 2020-ci ildə ən böyük uğuru Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər oldu. Azərbaycan Prezidenti İlham Əliyevin də qeyd etdiyi kimi, bu Qələbə, bu Zəfər bütün türk dünyasının zəfəridir.
Xudaferin.eu AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Azərbaycanda Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı Nizami Cəfərov iyunun 9-da keçirilən beynəlxalq simpoziumda deyib.
Mərkəzin direktoru bildirib ki, zaman bizim xeyrimizə işləyir. Zəngəzur dəhlizi türk dövlətləri arasında əlaqələrin daha da dərinləşdirilməsində mühüm rol oynayacaq.
O qeyd edib ki, simpoziumun Mustafa Kamal Atatürkün irsinin öyrənilməsi məqsədilə yaradılan mərkəzdə keçirilməsi təsadüfi deyil. Məqsəd bu irsin öyrənilməsini davam etdirməkdir.

Xudaferin.eu

15:08