Azərbaycanın xarici işlər naziri Qətərə işgüzar səfərə gedib

Aprelin 29-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qətər Dövlətinə işgüzar səfərə yola düşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, səfər çərçivəsində nazirin aprelin 30-da Doha şəhərində keçiriləcək Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasında iştirakı və çıxışı, habelə tədbir çərçivəsində ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Xudaferin.eu

16:06