Bu gün mənim üçün sıradan bir sənətkarın yubileyi deyil. Bu gün uzun illərdir tanıdığım, Lütfi Məmmədbəyovun dərnəyində birlikdə başladığımız həvəskar aktyorluq yolundan tutmuş, Milli Azadlıq Hərəkatının ağır günlərinə qədər çiyin-çiyinə olduğum bir dostun 70 yaşıdır.
Nurəddin, sən Milli Azadlıq Hərəkatına qoşulanların çoxundan daha dürüst, çoxundan daha saf olmusan.
Onların bir çoxunda sənin qədər Vətən hissi olmadığını da o illərdən bilirəm. Məqsədləri şəxsi ambisiyaları olan, özünü xalqa “lider” kimi sıramaq həvəsində olanlar çox idi… (Mən bu barədə çap olunmaş kitabımda geniş söhbət açmışam…)
Amma Vətəni ürəkdən sevən, bunu heç bir şəxsi mənafe güdmədən edənlər az idi. Sən Vətəni təmənnasız sevənlərdən biri idin.
Nurəddini həm sənətçi, həm də insan kimi tanımışam. Onun keçdiyi yolu, çətin günlərdə tutduğu mövqeyi görmüşəm. Ona görə də bu gün onun 70 illiyini sadəcə bir yubiley kimi deyil, uzun və şərəfli bir ömrün hesabatı kimi qəbul edirəm.
Təəssüflər olsun ki, xalqımızın belə insanların istər həyatda, istər sənətdə paxıllığını çəkənləri həmişə olub və yəqin ki, olacaq…
Bu, bizim millətin ağrılı tərəflərindən biridir…
Bölgəçilikdən yapışıb insanın qiymətini azaltmağa çalışanlar da tapılıb. Amma zaman hər şeyi öz yerinə qoyur. Sənətkarın həqiqi qiymətini nə bölgəçilik, nə paxıllıq, nə də şəxsi ambisiyalar dəyişə bilməz!
Əgər bölgəçiliyi bir kənara qoysaq, Nurəddin Mehdixanlının keçdiyi sənət və həyat yolunun yanında bir çox iddiaların necə cılız göründüyünü etiraf etmək lazımdır…
Nurəddin Mehdixanlı Milli Azadlıq Hərəkatının Vətən uğrunda mübarizəyə qoşulmuş simalarından, həmin mübarizənin içindən çıxmış Liderlərindən biri olub.
Əziz Nurəddin, 70 yaşın mübarək!
Sənə möhkəm can sağlığı, uzun ömür, könül xoşluğu və sənətindən zövq alacağın daha neçə-neçə gözəl illər arzulayıram.
Birlikdə keçdiyimiz o günlərin xatirəsi mənim üçün həmişə əzizdir.
NURƏDDİN MEHDİXANLI - 70

Var ol, əziz dostum, böyük sənətkar!
Qeyrətli Azərbbaycan Oğlu 70 yaşın mübarək!
Gənclik dostun Elman Mustafazade
Xudaferin.eu
12:28
Digər xəbərlər