1985-ci ildə Xocalıda dünyaya gələn Sevinc Əkbər qızı Quliyeva cəmi 7 il yaşadı… 1992-ci ilin 27 fevralında Xocalı soyqırımının qurbanlarından biri oldu.
Saçlarına ağappaq bant bağlayıb məktəbə gedəcəyi günü səbirsizliklə gözləyirdi. Yeni tikilən məktəbdə oxuyacağını düşünürdü. Amma bir gün eşitdi ki, ermənilərin atdığı “alazan” məktəbi dağıdıb. O gündən sonra balaca Sevincin gözlərindəki sevinc yerini nisgilə verdi...
Gecələr top səslərindən uşaqlar yuxudan diksinir, səhəri qorxu içində açırdılar. Sevinc tez-tez rabitə şöbəsində işləyən babasının yanına qaçar, telefon aparatlarına baxıb kömək gələcəyinə ümid edərdi. Yuxarılardan isə yalnız bir cavab gəlirdi: “Gözləyin...”
1992-ci il fevralın 26-da artıq gözləməyə vaxt qalmadı. Bədnam 366-cı alayın dəstəyi ilə erməni silahlıları Xocalıya hücum etdilər. Anası Mətanət Sevincin əlindən tutub qaçarkən, o balaca “Əlifba” kitabını sinəsinə sıxmışdı...
“Qara qaya” deyilən yerdə açılan güllələrdən biri Sevincin sol böyrünə dəydi. Anası yaralı halda sağ qalsa da, Sevinc Ağdam xəstəxanasında cəmi bir gün yaşaya bildi. Həmin gecə Vətəni müdafiə edən atası Əkbər də şəhid oldu.
Adını Sevinc qoydular... Amma o, dünyanın sevincini heç yaşaya bilmədi.
Bu gün Sevinc Quliyevanın məzarı Ağcabədinin Şotlanlı kəndindədir. Hər yaz o məzarın ətrafında boynubükük bənövşələr açır...
Səriyyə Cəfərova
"Onlar heç vaxt böyüməyəcəklər" kitabından (Xocalıda qətlə yetirilən 63 uşaq haqqında)
2005
Onlar heç vaxt böyüməyəcəklər
ADINI SEVİNC QOYDULAR Kİ...

Xudaferin.eu
15:39
Digər xəbərlər