Paralel düz xətlər heç vaxt kəsişmir!

Gürcülərin şərəfinə!

Bu yazını bir neçə gündən sonra yazacaqdım... İlham İsmayılın "Yaxın, uzaq Gürcüstan..." yazısı bu gün yazmağıma stimul verdi.
Bir zamanlar çox sevdiyim filmlər vardı. Əslində, hamı sevirdi. Gürcü filmlərini deyirəm... Hələ bu filmlərdə məşhur gürcü rejissor G.Danelyanın adı keçərdisə...Gürcülərin hələ qısametrajlı filmləri bir roman effekti verirdi... Bir də Pribaltika ölkələrinin filmləri... Bu filmlərdə də Buduraytisin, Adamaytisin adını axtarardıq... 
Çünki bu filmlərdə bir şeylər vardı... sətiraltı, mətnaltı... Senzuradan sivişib keçən mesajlar tutmaq olurdu. Və tələbəyimizin bu filmlərindən də çox şeylər öyrənirdik. İçimizdə biriktirdiyimiz, fəqət hələ-hələ dilimizə gətirmədiyimiz düşüncələrimizə yağış kimi yağardı bu mesajlar... 
Burda kino tədqiqatçılığı ilə məşğul olmaq fikrində deyiləm... Bu, başqa söhbətin movzusu olsun. Mən yazımın başlığına qayıdıram. 
Paralel düz xətlər heç vaxt kəsişmir! 
Şəhriyar demiş: "Məndə siyasət adlı bir mərəz yoxdur!"... Amma bir qarabağlı kimi "siyasi mərəzim var" ... Və bu mərəzi də Rus siyasəti tez-tez qıcıqlandırır... 
Ruslar da zaman-zaman öz filmlərində mesajlar ötürə bilirdilər... "Eralaş" - bu satirik uşaq kinojurnalı xatirinizdədimi? Başlıq da həndəsə kitabından yox həmin kinojurnaldan yadımda qalıb. Təxmini məzmun belədir: Moskvada məktəblərin birində paralel duz xətlər dərsini bir usaq sinif yoldaşına anlatmaga çalışır Uşağın biri gürcüdür. Qarasaçlı,eynəkli gürcü uşaq.Çil-çil bir rus uşaq isə dərsi heç cür anlaya bilmir,"tupoy-tupoy" soruşur ki, axı niyə kəsişmir? Gürcü uşaq da bunu başa salmağa çalışır. "Ponil, ne peresikaetsiya! Rus uşaq deyir ki, ponil da ponil! A poçemu? Sonda gürcü uçaq hər iki əlinə təbaşir alır, döşəmə, divar, tavan və lövhəyə qədər paralel xətt çəkir... Amma nə olsun , yenə bu tupoy rus usağı a poçemu,-deyir...
Bəlkə də o gürcü balası Mişa idi, böyüdü Saakaşvili oldu... Nə bilmək olur... Çünki adam dönə-dönə Rusiya siyasətinə qarşı çıxdı dedi ki,paralel düz xətlər heç vaxt kəsişmir !
Paralel düz xətlər heç vaxt kəsişmir ! Bunu bir də biz anlada bilsək!...
P.S: "Eralaş" dan həmin parçanı tapıb bura link ede bilmədim. Kim bacarsa, sevinərəm...

Xudaferin.eu

23:47