Prezident İlham Əliyevin Tərtər rayonunun Talış kəndinə səfəri Gürcüstan mətbuatının diqqət mərkəzində

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyevanın martın 18-də Tərtər rayonunun Talış kəndinə səfəri, burada görülən işlərlə tanış olmağı və söylədiyi fikirlər Gürcüstan mətbuatının diqqət mərkəzində olub.
AZƏRTAC xəbər verir ki, “24news.ge” və “aktual.ge” informasiya portalları Azərbaycan Prezidentinin səfəri və çıxışından materiallar yayıblar.
Azərbaycan və rus dillərində yayılan məlumatlarda bildirilir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Klub icma mərkəzində yaradılan şəraitlə maraqlanıblar. Dövlətimizin başçısı və birinci xanım Talış kəndində fərdi evlərdə aparılan təmir-bərpa işləri ilə də tanış olublar. Bildirilib ki, Böyük Qayıdış Proqramı çərçivəsində martın 16-da Tərtər rayonunun Talış kəndinə ilkin mərhələdə Bakı, Bərdə, Tərtər, Samux və Goranboyda əsasən ağır şəraitdə, qəzalı vəziyyətdə olan müvəqqəti məskunlaşma yerlərində yaşayan 20 ailə köçürülüb. Bildirilib ki, Talış kəndində daha 178 ev tikiləcək.
Qeyd olunur ki, Prezident İlham Əliyev işğaldan azad olunan Suqovuşana da səfər edib. Burada yeni yaşayış məhəlləsinin təməli qoyulub.
Materiallarda, eyni zamanda, Azərbaycan Prezidentinin Ermənistana xəbərdarlığı barədə də məlumat verilir.

Xətayi Əzizov
Xudaferin.eu

20:24