Professor biz səninlə fəxr edirik

Bu gün xaricdə bir çox soydaşlarımız öz elmi ixtiraları ilə rekord nailiyyətlər əldə edirlər.Onların hər hansı uğuru Azərbaycanın tanıtımına, eləcə də azərbaycançılığa xidmət edir. Bu baxımdan dünyada möcüzələr yaradan və görkəmli travmatoloq-ortoped kimi məşhur olan professor Hüseynəli İsmayılovun adı fəxrlə çəkilir.
Hörmətli professorumuz bu günlər Bakıdadlr və öz vətəndaşlıq borcunu vermək üçün VƏTƏN müharibəsində əlil olmuş Qazilərimizi təmənnasız olaraq əməliyyat, müayinə və müalicə etmək üçün müraciət edib.

Professor Hüseynəli İsmayılov: Mən Azərbaycan ziyalisi , akademik İlizarovun tələbəsi, uzun illərdi dunyanin inkişaf etmiş dovlətlərində, Orta və Yaxin Şərqdə travmatolog-ortoped kimi çalişiram. 2003 ci ildə Rusiya prezidenti Vladimir Vladimirovic Putin tərəfindən dovlət mükafatina layiq görülərək Rusiyanin əməkdar təkmilləşdiricisi adini almişam, Rusiyanin ğörkəmli alimləri internet Ensiklopediyasina daxil edilmişəm. Bu ğünlərdə bir azərbaycanli kimi mənim köməyimə ehtiyaci olan cəsur azərbaycan əsgər və zabitlərinə, saglamligini itirmiş QAZİLƏRİMİZƏ azərbaycan vətəndaşina təmannasiz yardim etməyə haziram.

Dərin ehtiram və hörmətlə Professor Hüseynəli İsmayılov.
Əlaqə tel: (050) 216 92 82;
(050 )355 13 13;
WhatsApp: (055) 664 58 64

Xudaferin.eu

13:42