QARABAĞDA GÖRDÜKLƏRİM: QÜRUR, SEVİNC VƏ NARAHATLIQ...
Qarabağda quruculuq yalnız şəhərlərin və yolların bərpası deyil. Bu, həm də milli yaddaşımızın yenidən qurulmasıdır. Ona görə burada atılan hər addımın məsuliyyəti adi tikinti layihəsindən qat-qat böyükdür.
Qarabağ Azərbaycan tarixinin yalnız coğrafi bir parçası deyil. Bu torpaq bizim yaddaşımızın, qəhrənanlığımızın, mədəniyyətimizin, ədəbiyyatımızın, musiqimizin və mənəvi dünyamızın ayrılmaz hissəsidir.
İşğaldan azad olunması Azərbaycan xalqının uzun illər boyu gözlədiyi tarixi hadisə olmaqla yanaşı, qarşımızda tamamilə yeni bir məsuliyyət də yaradıb: Qarabağı necə bərpa edəcəyik?
Bu sual, məncə, ən azı Qarabağın azad edilməsi qədər mühümdür.
Taleyin xoş bir təsadüfüdür ki, Qarabağ azad olunandan sonra bu torpaqlara ildə bir neçə dəfə səfər etmək səadəti mənə nəsib olub. Əsasən Şuşada, Xankəndidə və Laçında, bir neçə dəfə isə Füzulidə olmuşam. Bu səfərlər mənə Qarabağda gedən bərpa prosesini yalnız kənardan izləmək deyil, onu yerində görmək və müşahidə etmək imkanı verib.
Məndən tez-tez soruşurlar:
Qarabağda vəziyyət necədir? Bərpa işləri necə gedir?
Cavabım birmənalı deyil. Qarabağda gördüklərim məndə eyni zamanda qürur, sevinc və narahatlıq yaradır...
BÖYÜK QURUCULUĞUN YARATDIĞI ÜMİD
İlk növbədə etiraf etmək lazımdır ki, Qarabağda həyata keçirilən quruculuq işlərinin miqyası böyükdür.
Laçın - Kəlbəcər istiqamətində salınan yollar, tunellər, yeni yaşayış məntəqələri, şəhərlərdə aparılan abadlıq və tikinti işləri burada yeni həyatın formalaşdırıldığını göstərir.
İllərlə insan nəfəsindən uzaq qalmış bu torpaqlarda yenidən həyatın qurulmasını görmək, əlbəttə, hər bir azərbaycanlı üçün böyük qürur mənbəyidir.
Bütün bunlar Azərbaycan əsgərinin qəhrəmanlığı, şəhidlərimizin qanı və Ali Baş Komandanın rəhbərliyi altında qazanılmış Zəfərin yaratdığı imkanlar sayəsində mümkündür. Bu mənzərəyə sevinməmək olarmı?
Mənim üçün ən maraqlı məqamlardan biri isə bu prosesin yalnız tikinti ilə məhdudlaşmamasıdır.
Qarabağa həyat qayıtmalıdır.
Şəhər yalnız binalardan ibarət deyil. Şəhər insan deməkdir. Məktəb deməkdir. Universitet deməkdir. Mədəniyyət deməkdir. Küçələrdə uşaqların səsi, meydanlarda insanların görüşü, evlərdə işıq və ocaqlarda həyat deməkdir.
Bu baxımdan Xankəndinin gələcəyi xüsusilə maraqlıdır. Qarşıdakı illərdə şəhərin müasir şəhərsalma və urbanistika prinsipləri əsasında inkişaf etdirilməsi üçün böyük imkanlar var.
Xankəndi yalnız yenidən qurulan bir şəhər deyil, Azərbaycanın yeni şəhərsalma təcrübəsinin mühüm nümunələrindən birinə çevrilə bilər.
Qarabağ Universitetinin yaradılması və inkişafı da məndə böyük ümid yaradır. Çünki Qarabağın dirçəlişi yalnız yollar, binalar və meydanlarla tamamlanmır. Burada elm, təhsil və intellektual mühit də formalaşmalıdır.
İnanıram ki, Qarabağ Universiteti gələcəkdə region üçün deyil, Azərbaycan təhsil sistemi üçün, eləcə də bütün Avropa üçün mühüm elm və təhsil mərkəzlərindən birinə çevriləcək. Artıq bunun işartıları görünməkdədir...
ŞUŞA: ŞƏHƏRİ YENİDƏN QURMAQ, RUHUNU QORUMAQ
Şuşanın isə yeri tamam başqadır.
Şuşa haqqında danışarkən sadəcə bir şəhərin bərpasından danışmaq mümkün deyil. Şuşa Azərbaycan qəhrəmanlıq salnaməsinin, mədəniyyətinin, musiqisinin, ədəbiyyatının və şəhər mədəniyyətinin simvollarından biridir.
Şuşanın özünəməxsus ruhu var.
Şuşalıların danışığı, ləhcəsi, davranışı, şəhər mədəniyyəti, hətta gündəlik həyat tərzi belə bu şəhərin formalaşdırdığı xüsusi mühitin bir hissəsidir.
Şuşanı Şuşa edən yalnız onun daşları, küçələri və tarixi binaları deyil. Onu Şuşa edən həm də burada yaşamış və yaşayan insanlardır.
Buna görə mənim üçün Şuşanın gələcəyi ilə bağlı ən mühüm arzularımdan biri budur:
Şəhər müasirləşsin, amma öz qədim ruhunu itirməsin.
Yeni binalar tikilə bilər, yollar yenilənə bilər, müasir infrastruktur yaradıla bilər. Amma şəhərin tarixi siması, memarlıq üslubu, yerli danışıq və davranış mədəniyyəti qorunmalıdır.
Şuşanın daşını bərpa etmək mümkündür.
Şuşanın küçəsini yenidən salmaq mümkündür.
Amma Şuşanın ruhunu yaratmaq daha mühümdür.
O ruh bu şəhərin əsil köklü sakinlərinin yaddaşında yaşamalıdır və yeni sakinlərdə bu ruhu mənmsəməlidir.
Ən böyük arzularımdan biri də Şuşalıların öz doğma şəhərinə qayıdışını görməkdir. Şəhərin həqiqi dirçəlişi o zaman tamamlanacaq ki, Şuşanın küçələrində yenidən şuşalı uşaqların səsi eşidilsin.
LAÇIN VƏ FÜZULİ
Laçın da məndə xüsusi təəssürat yaradır. Dağları, təbiəti və yeni quruculuğu ilə şəhərin qarşısında geniş imkanlar açılır.
Laçının təbii gözəlliyi ilə müasir şəhər infrastrukturu arasında düzgün tarazlığın yaradılması onun gələcək simasını müəyyənləşdirəcək.
Füzulinin də gələcəyinə böyük inamım var. Burada aparılan quruculuq işləri şəhərin yenidən həyat qazanması üçün mühüm əsas yaradır.
Bərpa prosesində tarixi yaddaş məsələsinin də daim diqqətdə saxlanılmasını vacib hesab edirəm. Şəhərlərin və yaşayış məntəqələrinin keçmiş adları, qədim toponimləri yalnız xəritələrdə deyil, cəmiyyətin yaddaşında da yaşamalıdır.
Füzulinin qədim Qarabulaq adı da bu tarixi yaddaşın bir hissəsi kimi araşdırılmalı və qorunmalıdır.
MƏNİ NARAHAT EDƏN MƏSƏLƏ
Bütün bu müsbət mənzərənin içərisində məni ciddi şəkildə narahat edən bir məsələ də var: tikinti və bərpa işlərinin keyfiyyəti.
Qarabağda bəzi yerlərdə keyfiyyət baxımından sual doğuran işlərə rast gəlmək mümkündür. Mən bunu yalnız ayrı-ayrı obyektlərin problemi kimi deyil, Azərbaycanda tikinti mədəniyyəti ilə bağlı daha geniş məsələ kimi görürəm.
Biz bəzən tikintinin sürətini keyfiyyətindən üstün tuturuq.
Halbuki tikinti yalnız bu gün üçün görülmür.
Avropanın bir çox şəhərlərində yüz, hətta iki yüz il əvvəl tikilmiş binalar, yollar və körpülər bu gün də öz funksiyasını yerinə yetirir. Çünki tikinti zamanı yalnız layihənin nə vaxt başa çatacağı deyil, onun neçə onillik davam gətirəcəyi də düşünülüb.
Bizdə isə bəzən işin tez başa çatdırılması, obyektin vaxtında təhvil verilməsi və maliyyə məsələlərinin həll olunması keyfiyyət məsələsini kölgədə qoya bilir.
Nəticəsini isə çox keçmədən görürük: daşlar yerindən oynayır, döşəmələr dağılır, təmirə ehtiyac yaranır.
Bakıda, hətta böyük və ictimai əhəmiyyət daşıyan obyektlərin ətrafında belə bu cür nümunələrə rast gəlmək adi hal alıb.
Bu, sadəcə estetik problem deyil.
Bu, həm də ictimai və iqtisadi məsuliyyət problemidir.
QARABAĞDA SƏHVƏ HAQQIMIZ YOXDUR
Qarabağda isə bu məsələyə münasibət daha tələbkar olmalıdır.
Çünki burada tikilən hər bina, salınan hər yol, çəkilən hər tunel, qoyulan hər daş gələcək nəsillərə qalacaq.
Biz Qarabağı yalnız bu gün üçün tikmirik.
Biz Qarabağı gələcək yüzilliklər üçün qururuq.
Bu səbəbdən Qarabağda hər layihəyə adi tikinti obyekti kimi yanaşmaq olmaz. Burada görülən işlər Azərbaycanın gələcək tarixinin bir hissəsinə çevriləcək.
İyirmi ildən sonra, əlli ildən sonra, yüz ildən sonra Qarabağda yaşayan insanlar bu gün bizim gördüyümüz işlərə baxacaqlar.
Onlar bizim nə qədər sürətli işlədiyimizdən çox, nə qədər keyfiyyətli və vicdanlı işlədiyimizi qiymətləndirəcəklər.
Bu gün qoyduğumuz hər daş sabah bizim haqqımızda danışacaq.
Ona görə də Qarabağda tələskənliyə, məsuliyyətsizliyə və keyfiyyətsizliyə yer olmamalıdır. Burada əsas məqsəd yalnız işi başa çatdırmaq deyil, işi layiqincə görmək olmalıdır.
QARABAĞIN GƏLƏCƏYİ
Bütün narahatlıqlarıma baxmayaraq, Qarabağda gördüklərim məndə böyük ümid yaradır.
Xalqımızın bu torpaqlarda qurduğu yeni həyatı, çəkdiyi yolları, saldığı şəhərləri, yaratdığı təhsil və sosial infrastrukturu gördükcə anlayırsan ki, Qarabağ artıq yalnız keçmişin deyil, Azərbaycanın gələcəyinin də mühüm hissəsidir.
Bu böyük quruculuqda çalışan insanların əməyinə hörmətlə yanaşıram.
Amma Qarabağın bərpası bizdən yalnız əmək deyil, həm də vicdan, məsuliyyət və uzaqgörənlik tələb edir.
Çünki söhbət sıradan bir tikinti layihəsindən getmir.
Söhbət Qarabağdan gedir.
Söhbət Azərbaycanın tarixindən gedir.
Söhbət gələcək nəsillərə hansı Qarabağı miras qoyacağımızdan gedir.
Qarabağ bizim tariximizdir.
Qarabağ bizim yaddaşımızdır.
Qarabağ bizim gələcəyimizdir.
Ona görə burada görülən hər iş günlərlə, illərlə deyil, onilliklər və yüzilliklərlə ölçülməlidir.
Qarabağı biz qanımız bahasına xilas etmişik.
İndi isə bizim borcumuz onu vicdanla, keyfiyyətlə və böyük məhəbbətlə gələcəyə daşımaqdır.
Vicdanla, həvəslə və böyük məhəbbətlə yaradan əllər var olsun!

Elman Mustafazade
Xudaferin.eu
12:19
Digər xəbərlər