QƏHRƏMANLIQ ORDEN VƏ MEDALLA ÖLÇÜLMÜR

Qəhrəmanlıq həmişə orden və medallarla ölçülmür. Bəzən insan öz həyatını tərəzinin bir gözünə, başqalarının həyatını isə digər gözünə qoyduğu anda başlayır.

Vasif Tağıyev heç bir hesab aparmadan, heç bir təmənna güdmədən seçimini etdi. Özünü deyil, başqalarının yaşamasını düşündü və canı, qanı bahasına millətin yaddaşında əbədi qəhrəmana çevrildi.

O, İranda Azərbaycana aid ərazidə terrorçunu öz qanı bahasına tərksilah edərək neçə-neçə günahsız ailələri və körpələri ölümdən xilas etdi.

Vasif Tağıyev Azərbaycan xalqının gözündə artıq qəhrəmandır!

Kaş Ali Baş Komandan bu qəhrəmanlığı dövlət səviyyəsində rəsmiləşdirəydi. Bu, bütün Azərbaycan xalqı, xüsusilə də Şuşalılar üçün növbəti bir qürur və sevinc olardı.

Elman Mustafazade

P.S. Vasif Tağıyev kimi qəhrəman yetişdirən valideynlərin və doğmalarının əhatəsində olmaq böyük qürur və xoşbəxtlikdir!

Xudaferin.eu

22:04