RAMAZAN BAYRAMI ŞƏRƏFİNƏ...

Bəlkə də,bu şərəf mənə aid deyil... Amma burada oruc tutan, namazında, niyazında olan dostlar var... və bu, əslində onların şərəfinədir!...
Nə edim ki, bizi də belə böyütdülər... Dədə Qorqud demişkən: "Oğul atadan görməyincə süfrə yaymaz, qız anadan görməyincə öyüd almaz!"... Bizə, sadəcə vicdanlı, ədalətli və yardımsevər olmağı öyrətdi ata-anamız... Dinimizi sevməyi öyrətdilər...
Din vicdan məsələsidir!... Yəni oruc... namaz... və digər dini rituallar vicdan ölçüsü sayıla bilməz... Viicdanın təmizliyi, ruhun rahatlığı üçün başqa əməlləri seçdik... Yardımsevər, xeyirxah, humanist olmağı tərcih etdik... Mən ətrafımda ibadətlərlə məşğul olan, amma vicdansız birilərini gördüm... Və öz bildiyim "ibadətimi" etdim...
Əlini, bəlkə də, mənim qədər sevən tapılmaz... Onu ruhumla hiss edirəm və sevirəm... Bir dil müəllimi kimi onun "Bəlağət"ini oxumağı çox sevirəm... Amma bu, məni dindar yapmağa dəlalət edə bilməz...
İnanclı adamlara böyük hörmətim var... Amma mən Əli bəy Hüseynzadə dediyi kimi yetişdim, böyüdüm: "Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, "Avropa qiyafətli" kimi formalaşdım... Hələ ötən əsrin əvvəllərində yeni insanı belə görmək istəmişlər...
Allah ata-anama rəhmət eləsin... Nə yaxşı ki ,bu sayaq tərbiyə olunmuşuq...
Buradan bəziləri kimi bütün müsəlman dünyasını təbrik etmək fikrində deyiləm... Oralar qarışıq...
Dostluğumdakı inanclı, vicdanlı insanları ramazan şərəfinə təbrik edirəm!... Tutduğunuz orucun səvabı bol olsun!!!
PS: Lap Kefli İsgəndərin monoloquna oxşadı...

Xudaferin.eu

00:16